Qaraj Mexaniki

Hacıqabul

Agro Dairy
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qaraj nəzarətçisinin verdiyi gündəlik / həftəlik iş yükünü icra edir, həm xüsusi qarajda, həm də ərazidə tələb olunan əlavə tapşırıqları və müəyyənləşdirilmiş işləri yerinə yetirir;
  • Elektron və ya kağız nüsxəli kataloqlardan istifadə etməklə tələb olunan ehtiyat hissələrini müəyyən edir və ehtiyat hissələrinin anbardan buraxılması üçün onları qaraj nəzarətçisinə / anbar departamentlərinə təqdim edir. Ehtiyat hissələrini iş / avadanlıq üzrə yerləşdirir;
  • Nəqliyyat vasitələrinin hissələrinin anbarda ehtiyata yığılması prosesinə dəstək verir;
  • İşlək və qeyri-işlək vəziyyətdə olan nəqliyyat vasitələrinin vəziyyətini izləyir və müvafiq departamentlərə məlumat verir.
  • Mövcud proqram təminatı vasitəsilə və qaraj nəzarətçisinin təqdim etdiyi məlumat əsasında nəqliyyat vasitələrinin istismar göstəricilərini və texniki xidmətini monitorinq edir;
  • İllik tələb olunan ehtiyyat hissələrinin siyahısının vaxtında hazırlanmasında iştirak edir;
  • Həm qeydiyyat jurnalında və iş kartında, həm də nəqliyyat vasitələrində olan “növbəti xidmət haqqında məlumat” talonlarında texniki xidmət barədə qeydlər aparır;
  • Öz cavabdehliyində olan qeyri-işlək nəqliyyat vasitələri barədə həftəlik hesabatları yeniləyir və təqdim edir;
  • İş yeri – Hacıqabul 

Xüsusi tələblər

  • Nəqliyyat vasitələrinin istismarı üzrə peşə və ya universitet təhsili;
  • Elektrik sistemləri, hidravlika və dizel / benzin yanacağı injeksiya sistemləri barədə ümumi biliklər; 
  • Mexanik kimi minimum 3 il iş təcrübəsi;
  • Sürücülük vəsiqəsi;
  • Səlis Azərbaycan dili (əlavə dil biliyi üstünlükdür);
  • MS Office proqramlarında təməl biliklər.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız