Maliyyə və Biznesə Nəzarət Departamentinin Müdiri

Bakı

Veysəloğlu Şirkətlər Qrupu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
  • Vəzifə funksiyaları: 
  • Aylıq və illik maliyyə hesabatlarının hazırlanmasına, həmçinin mənfəət və zərər hesabatı, mənfəətlilik təhlillərinin aparılmasına nəzarət;
  • Biznes vahidləri və mənfəət mərkəzləri üzrə dövri maliyyə nəticələrinin hazırlanmasını və təhlilini təmin etmək, hesabatların rəhbərliyə təqdimatında aktiv dəstək olmaq;
  • Maliyyə planlaması, büdcə və proqnozların hazırlanması prosesinə nəzarət;
  • İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatların hazırlanmasına nəzarət etmək;
  • Maliyyə və idarəetmə uçotunun təşkilininin düzgün qurulmasına nəzarəti təmin etmək;
  • Aylıq və illik maliyyə planlaşdırılmasını həyata keçirmək, xərclərin plana uygun bölüşdürülməsinə nəzarət etmək;
  • Biznesə nəzarət və maliyyə nəzarəti üzrə analitik təhlil aparılmasını və optimal həlllərin həyata keçirilməsini təmin etmək;
  • SAP-də maliyyə və idarəetmə hesabatlılığının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və SAP komandası ilə bərabər onların icrasına nail olmaq;
  • Əməliyyat və maliyyə hesabatlılığının effektivliyini və keyfiyyətini artırmaq məqsədilə proses və sistemlərin təkmilləşdirilməsinə dəstək olmaq;
  • Kommersiya və satış funksiyaları ilə effektiv əlaqəni təmin etmək, həmçinin optimal maliyyə nəzarətini təmin etməklə biznes əməliyyatlarına dəstək olmaq;
  • Daxili və kənar audit proseslərinə dəstəyi təmin etmək;
  • Səhmdarlar və Müşahidə Şurası tərəfindən tələb edilən digər maliyyə hesabatlarının düzgün və vaxtında təqdim edilməsini təmin etmək;
  • Xarici və yerli banklara dövri hesabatların və banklar tərəfindən yönləndirilmiş aidiyyəti suallar üzrə izahatların təqdim edilməsini təmin etmək;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
  • İş qrafiki: 5 günlük

Xüsusi tələblər

  • Maliyyə, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil;
  • Maliyyə və/və ya kənar audit sahəsində ən azı 5 il təcrübə;
  • ACCA və ya analoji sertifikatların olması üstünlükdür;
  • Analitik düşünmə, problemləri həll etmə, qərarvermə və idarə etmə bacarığı;
  • Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız