Korporativ, Kommersiya və KOS Kredit Anderraytinq şöbəsi /mütəxəssis/ aparıcı mütəxəssis

Bakı

Yapi Kredi Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bankın filialları tərəfindən təqdim olunan kredit təkliflərini qiymətləndirmək;
  • Kredit təkliflərinin qanunverciliyə və Bankın kredit siyasətinə uyğunluğunu yoxlamaq;
  • Bankın bankdaxili qaydalarına uyğun olaraq borcalanın geri-ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətini təhlil etmək, borcalan haqqında və fəaliyyət göstərdiyi sektor haqqında tədqiqat aparmaq, kredit risklərini müəyyənləşdirmək,ölçmək və qaydalarda qeyd olunan müvafiq vəzifələri yerinə yetirmək;
  • Qiymətləndirmənin nəticələrini rəhbərinə təqdim edərək kredit rəyin yaradılmasında köməklik göstərmək;
  • Kredit təkliflərinə verilən kredit rəylərini filial rəhbərlərinə zamanında çatdırlmasını təmin etmək;
  • Qarşılaşdığı məsələ və problemləri həll etmək üçün müvafiq şöbələrlə əlaqə yaratmaq, nəticələri haqqında rəhbərinə məlumat vermək;
  • Lazım gəldikdə, rəhbəri ilə birlikdə filial/satış bölmələrin də iştirakı ilə müştəri ziyarətlərinə qatılmaq;
  • Kredit risklərinin idarəolunmasına aid qanunvericilik və normativ hüquqi aktlarda olan son dəyişiklikləri izləmək və buna müvafiq bankdaxili qaydaların, prosesslərin və metodologiyaların yenilənməsi üçün töhfə vermək;
  • PL/TMM (AML) və maliyyə sanksiyaları (FS) üzrə bankın qəbul etdiyi müvafiq qaydalara riayət etmək;

Xüsusi tələblər

  • Ali təhsil (iqtisadiyyət/maliyyə təhsili);
  • Bank sektorunda ən azı 2 il iş təcrübəsi;
  • Ms Office proqram bilikləri yaxşı səviyyədə olmalı;
  • Azərbaycan dilində səlist danışıq qabiliyyəti;
  • Ingilis dili bilikləri;
  • Komandada işləmək bacarığı;
  • Diqqətli olmaq;
  • Vaxtı idarəetmə qabiliyyəti;
  • Ünsiyyət və münasibət qurma bacarıqları

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız