Satınalma üzrə mütəxəssis

Bakı

Delta Group
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Satınalma sifarişlərinin idarə edilməsini həyata keçirmək (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Bazarın təhlili, tələb olunan malların daxili və xarici bazarda araşdırılması
  • Satınalmanın daxili prosedura uyğun təşkili: Son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materiallarının şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması.
  • Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi,
  • Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi.
  • Tender komissiyasının işini təşkil etmək, tender sənədlər paketinin hazırlamalı, tender prosesini təşkil etməlidir.
  • Xarici satınalmaların təşkili və yerinə yetirilməsi.
  • Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması.
  • Hesabatların hazırlanması və təqdim edilməsi

Xüsusi tələblər

  • Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi)
  • İş təcrübəsi: Satınalma sahəsində ən azı 2 il iş təcrübəsi (Kənd təsərrüfatı sektorunda təcrübənin olması üstünlükdür)
  • Dil bilikləri: Azərbaycan (əla), ingilis (əla), rus (yaxşı)
  • Kompyuter bilikləri:  MS Office programları üzrə biliklər
  • Digər: CIPS və ya təchizat zəncirinin idarə olunması sahəsində beynəlxalq sertifikatın olması üstünlük təşkil edəcəkdir.
  • 1 C, SAP və ya oxşar ERP sistemlərdə işləmək bacarığı.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız