Baş energetik (Saatlı)

Saatlı

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təsərrüfatın enerji təchizatını təmin edir.
  • Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün gündəlik olaraq bütün enerji təsərrüfatını yoxlayır və lazımi tədbirlərin görülməsinə qərar verir.
  • Xam pambığın tədarükü və saxlanılması zonasında, mahlıc emalı sexində, texnika parkında, mahlıc və çiyid anbarında elektrik təhlükəsizliyini təmin edir.
  • Emal sexində, zavodyanı ərazidə, anbarlarda və bütün ərazidə bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət edir.
  • İşlək avadanlıqların istənilən vaxt ehtiyyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verib təmin etməlidir.
  • Bütün ərazidə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət edir.
  • Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı və təmirinə, enerjinin qənaətlə sərfinə nəzarəti təşkil edir.
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişlərin və hesablamaların tərtibini planlaşdırır.
  • Enerji qurğularının davamlı və təhlükəsiz işini təmin edir.
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarəti təmin edir.
  • Elektrik cihazlarının təmiri və yoxlanılmasını qrafikə uyğun təşkil edir və vaxtaşırı bütün elektrik cihazlarının sazlığını yoxlayır.
  • Təmir dövründə bütün işlək aqreqatların işləyib-işləməməsini yoxlamalıdır.
  • Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilini aparır, qəzalar, onların statistikası və səbəblərini araşdırır və uçotunu təşkil edir.
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini işləyir və onların yerinə yetirilməsinə nəzarət edir.
  • Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verir və qəbul edilmiş təkliflərin tətbiqini təşkil edir.
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edir

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə Ali təhsil.
  • MS Office proqram bilikləri.
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Müvafiq icra hakimiyyəti orqanlarının əmrlərini, enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri bilməlidir;
  • Enerji təsərrüfatının təşkili, onun texniki istismarı qaydalarını və təmir aparılmasının texnologiyasını bilməlidir;
  • Plan-xəbərdaredici təmir sistemini və avadanlığın səmərəli istismarını təşkil etməlidir
  • Elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və iş rejimini (enerji istifadə edən qurğuların) onların istismar qaydalarını bilməlidir;
  • Emalın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
  • Əməyin mühafizəsi, istehsalat sanitariyası, təhlükəsizlik texnikası və yanğından mühafizənin norma və qaydalarını bilməlidir;
  • Vaxtında doğru qərar qəbul etmək bacarığı olmalıdır.

Telegram kanalımız