Şirkətə daxil olan e-mail və müştəri müraciətlərinin təhlil edilib müvafiq şəkildə cavablandırılması;
Müştəri tələblərinə uyğun məhsul təklif edilməsi, məhsul barəsində tövsiyyələr verilməsi və təkliflər məktubunun hazırlanması;
Yeni məhsullar və kompaniyalar haqqında müştərilərə məlumat verilməsi;
Müştərilərdən gələn sorğuların müəyyən edilməsi (anbar, daxili bazar və ya xarici bazar);
Müştəri tələbinə görə sifariş edilən malların müşaiyət edici sənədlərlə təmin edilməsi (sertifikatlar, texniki məlumatlar və s.);
Təkliflərin müştərilərə göndərilməsi və nəticənin izlənməsi;
Müştərilər tərəfindən təklif və iradların qeydiyyatı və menecerə ötürülməsinin təmin edilməsi;
Müştərilərin suallarının cavablandırılması;
Bütün müqavilələrin qeydə alınması;
Aylıq satış analizlərinin aparılması, hesablanması və bu barədə şöbə müdirinə məlumat verilməsi. · Satınalma Siyasətin və strategiyasının hazırlanması və yenilənmələrində iştirak edilməsi;
Tədarükçülərə Tender Paketləri/ sənədlərinin verilməsi və müəyyən edilmiş müddətlərə cavab vermək üçün izlənilməsi;
Təkliflərin tələblərə uyğun olaraq toplanması və qiymətləndirilməsi;
Tədarükçülərin və bazarların təhlilinin aparılması;
Satınalmaların düzgün işlənməsini təmin etmək üçün digər əlaqəli funksiyalarla (Satış, Maliyyə, Logistika, Anbar) yaxından işlənilməsi;
Proqram təminatında (One ERP) satınalma əməliyyatlarının təkmilləşdirilməsində fəal iştirak ediməsi;
Müdriyyət tərəfindən verilən digər satınalma işlərinə rəhbərlik edilməsi;
Məhsulların vaxtında çatdırılmasının və keyfiyyətinin qənaətbəxş olmasının təmin edilməsi;
Həvalə olunan sorğuya əsasən tədarükçünün araşdırılması, qiymətləndirilməsi və seçilməsi proseslərinin edilməsi, alınan təkliflərin təhlilinin aparılması, ən yaxşı, uyğun və optimal təklifləri təsdiq üçün Satınalma Direktoruna göndərilməsi;
Alış üçün daxili PO-un hazırlanması, imza və möhür üçün tədarükçüyə göndərilməsi;
Qaimə-fakturanı və invoysun tələb edilməsi, imzalanmış sənədlərin ödəniş üçün Maliyyə Departamentinə göndərilməsi;
Ödəniş tapşırığını aldıqdan sonra, satınalmanın davam etdirilməsi, nəqliyyat məsələləri üçün tədarükçü və logistika mütəxəssisinə bildiriş göndərilməsi;
Sorğu icra olunduqdan sonra, tədarükçünün qiymətləndirilməsinin aparılması.
Xüsusi tələblər
Neft və Qaz sektorunda işləyən işçilərə və xüsusilə BP şirkətinin MRO tenderlərində iştirak etmiş namizədlərə üstünlük veriləcək.