Qeyri-kredit sahəsi üzrə Auditor

Bakı

Bank Respublika
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
  • Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək; 
  • Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək; 
  • Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək; 
  • Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departamentin və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
  • Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
  • Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
  • Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək. 

Xüsusi tələblər

  • Ali təhsil (iqtisadi və ya hüquqi);
  • Əməliyyat sahəsində minimum 1 il iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
  • Excel proqramında işləmək bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
  • Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız