Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/baş mütəxəssisi

Bakı

Bank Respublika
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əməliyyat risklərinin səviyyəsinin təhlil edilməsi, qiymətləndirilməsi, risklərin minimallaşdırılması üzrə tədbirlər, bankdaxili limitlər üzrə şöbə müdiri və departament direktoruna təkliflərin verilməsi və onların icrasına nəzarət edilməsi;
  • Biznes proseslərin əməliyyat riskləri nöqteyi nəzərindən qiymətləndirilməsi və stress testlərin aparılması;
  • Əməliyyat riskləri yarada biləcək orta və yüksək riskli biznes proseslərin təhlili və qiymətləndirilməsində iştirak;
  • Risk kataloqunun hazırlanması və tədbirlər planının icrasına nəzarət;
  • Risk və insidentlərin idarə edilməsi prosesi çərçivəsində  risk və  insident barədə ətraflı məlumatın müvafiq sistemə daxil edilməsi və həll olunmasının təşkil edilməsi;
  • Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə bankdaxili təlimat və qaydaların hazırlanması, mütəmadi olaraq yenilənməsi;
  • Bankın bütün struktur bölmələrinə əməliyyat risklərinin idarə edilməsi ilə bağlı işlərdə öz vəzifələri çərçivəsində və Bankın qüvvədə olan metodologiyası və qaydalarına uyğun metodik dəstəyin göstərilməsi;
  • Kredit sahəsi istisna olmaqla bütün bankdaxili normativ sənədlərin və yeni bank məhsullarının idarə etdiyi risklərin mənbəyi və təsiri baxımından qiymətləndirilməsi;
  • Şöbənin fəaliyyətinə aid olan sahələr üzrə riskləri minimallaşdırmaq üçün bankın əməkdaşlarına treninqlərin təşkil edilməsi.

Xüsusi tələblər

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi mütləqdir;
  • Risklərin idarə edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunları;
  • MS Office (Word, Excel, Outlook, PowerPoint) proqramları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır.
  • Təşəbbüskarlıq və novatorluq;
  • Analitik təhliletmə və proqnoz vermək qabiliyyəti.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız