Telefon operatoru

Bakı

Courtyard by Marriott Baku
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək.
 • Mehmanxana daxili və mehmanxanadan kənar ünsiyyət kanalları üçün həm qonaqlar, həm də işçi heyəti üçün effektiv ünsiyyətin qorunub-saxlanılmasına cavabdeh olmaq.
 • Yerli və beynəlxalq zəngləri cəld, nəzakətlə və dəqiq birləşdirmək.
 • Qonağın istəyi ilə səhər oyatma zəngini dəqiqliklə yerinə yetirmək.
 • Qonaqlara, işçilərə və daxil olan zənglərə yüksək keyfiyyətli xidmət göstərmək və mehmanxana ilə bağlı eləcə də, şəhər-daxili və şəhər-ətrafı baş verənlər barədə  geniş məlumat vermək.
 • Qonaqlar və mehmanxana işçiləri üçün məlumatları qəbul etmə və lazımi qaydada, lazımi şəxslərə çatdırmaq.
 • Qonaqların profil qeydlərini aparmaq, Növbə Meneceri, Gecə Meneceri və guestVoice sorğularındakı şikayətləri və təklifləri Opera sistemində qeyd etmək, şikayətlərə uyğun tapşırıqları yerinə yetirmək və bu məlumatları münasib şöbələrə ötürmək. 
 • VİP qonaqlar üçün meyvə, şirniyyat və salamlama məktublarını hazırlamaq, onları qonaq gəlişinə qədər otaqlarda yerləşdirmək.
 • Nəqliyyat sifarişlərini qəbul etmək və sistemdə qeydiyyatlarını aparmaq.
 • Qonaqların Marriott Bonvoy Mobil Çat və digər Ekstranet platformları üzrə mesajlarına gecikməsiz cavab vermək.
 • Qonaqlara çıxışdan 1 gün öncə getmə zəngləri edib, razı qalmalarını təmin etmək, istəklərinə uyğun əməliyyatları yerinə yetirmək.
 • Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq.
 • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq. 

Red Heart

Xüsusi tələblər

• Qonaqpərvərlik sahəsində iş təcrübəsi olması arzuolunandır;
 • Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
 • Azərbaycan, İngilis və Rus dillərində şifahi və yazılı ünsiyyət qabiliyyətinə malik olmaq;
 • Komandada işləmək bacarığı, gülərüz, çevik, ünsiyyətcil olmaq;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız