İnsan resursları üzrə aparıcı mütəxəssis

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Daxil olmuş vətəndaş müraciətlərinin ilkin təhlilinin aparılması, araşdırılması, onların cədvəl formasında yığılmasının təmin edilməsi, statistik hesabatın aparılması; 
  • Şöbənin icraatına daxil olan müraciətlərin cavablandırılmasının təmin edilməsi ilə əlaqədar SOCAR-a tabe olan struktur vahidlərdən zəruri sənədlərin, o cümlədən hesabatların, arayışların və s. materialların təqdim edilməsini tələb etmək; 
  • Daxil olmuş vətəndaş müraciətlərinin (sorğular, sosial şəbəkələrdən daxil olan şikayət xarakterli müraciətlər) qanunvericiliklə müəyyən olunmuş müddətdə cavablandırılması; 
  • Yarımillik və illik hesabatların təqdim edilməsi zamanı daxil olan müraciətlərin kateqoriyalar üzrə çeşidlənməsinin həyata keçirilməsi; 
  • Vətəndaş müraciətləri üzrə SOCAR-ın əmək qanunvericiliyi sahəsində fəlaiyyəti ilə bağlı daxil olmuş ərizə, şikayət və təkliflərin icrası ilə bağlı tapşırıqları yerinə yetirmək; 
  • Verilmiş tapşırıqları müvafiq qaydada icra etmək; işi nəzarətdə saxlamaq və şöbə rəisinə məruzə etmək; 
  • Şöbənin fəaliyyət istiqamətlərinə əsasən müvafiq slaydların, təqdimatların, statistik hesabatların hazırlanması

Xüsusi tələblər

  • Ali bakalavr təhsili
  • Müvafiq sahə üzrə iş stajı dedikdə, minimum 4 il iş stajı (mütəxəssis vəzifələrdə) nəzərdə tutulur.
  • Məsuliyyət
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Nəticə yönümlülük
  • Konfliktlərin idarə edilməsi
  • Diplomatiya
  • Situativ davranış
  • Detallara diqqət
  • İşi təqib etmə
  • Rus dili
  • İngilis dili
  • Microsoft Excel
  • Microsoft Outlook
  • Microsoft Word

Telegram kanalımız