Marketinq mütəxəssisi (Loyallıq/Sədaqət layihələri üzrə)

Bakı

Business Insight IRG
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

“Business Insight IRG” şirkətinə “Loyallıq/Sədaqət layihələri üçün Marketinq Mütəxəssisi” vəzifəsinə 3 (üç) aktiv vakansiya var. 

İllik marketinq planının hazırlanması və ona uyğun işlərinin həyata keçirilməsi;
Sadiqlik (loyallıq) proqramı çərçivəsində müştərilərin saxlanmasına təşviq edən müxtəlif proqramlar, kampaniyaların həyata keçirilməsi və marketinq strategiyasının, yol xəritəsinin hazırlanması;
Məqsədyönlü fəaliyyətləri inkişaf etdirmək üçün verilənlər bazasını araşdırmaq və təhlilini həyata keçirilməsi;
Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi;
Effektiv kampaniya strategiyalarını formalaşdırmaq üçün cari layihələrin hədəf kütləsini araşdıraraq, keçirilən kampaniyaların nəticələrini izləmək və qiymətləndirmək;
Sadiqlik proqramları üzrə rəqabətliliyin ölçülməsi;
Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması;
Analizə əsasən optimizasiyaların aparılması,  hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Rəqəmsal marketinqdə trendlərin, yeniliklərin izlənilməsi və tətbiq edilməsi.

İş şəraiti:
Öyrədici və inkişafameyilli iş mühiti;
Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.


Xüsusi tələblər

Ali təhsil (Marketinq və ya İqtisadi sahə üzrə arzuolunandır);
Yaş həddi: 22+;
Marketinq meneceri və ya marketinq mütəxəssisi kimi təcrübəsi olanlara üstünlük verilir
Marketinq strategiyaları və büdcələri formalaşdırmaq və icra etmək bacarığı;
Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı;
Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.


Maraqlı olan namizədlər öz CV-lərini [email protected]  ünvanına “Marketinq mütəxəssisi” başlığı altında göndərə bilərlər.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 500 AZN

Premium
  • Bakı

  • 750 - 1300 AZN

Premium
 
  • Bakı

  • 500 - 2000 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız