Müxtəlif mexanizm və qurğuların, ştampların və presformaların 3D modelləşdirilmə layihələrini işləyib hazırlamaq;
Onların müxtəlif hesablama ilə dözümlülüyünü yoxlamaq;
2D cizgiləri hazırlamaq və arxivləşdirmək;
Nümunəvi detal və ya mexanizmləri ölçmək və cizgilərini işləmək.
Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması.
İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini təmin edir.
Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir.
İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır.
Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir.
Təcrübə üçün hazırlanmış nümunənin yaxud şablonların quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında iştirak edir.
Xammala, materiala, əmək sərfinə qənaəti təşkil edir;
İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsi üçün təkliflər verir.
Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və işçi layihələrinin müvafiq qaydada hazırlanmasına iştirak edir
Xüsusi tələblər
Ali texniki təhsil;
Sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
Autocad, Solid Works, 3D CAD-CAM proqramlarda işləmə bacarığı