Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC) bölümünün rəhbəri / Təhlükəsizlik Departamenti/Kibertəhlükəsizlik şöbəsi

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Effektiv şəkildə təhlükənin aşkarlanması, monitorinqi və cavablandırılmasını təmin etməklə SOC-un gündəlik əməliyyatlarına nəzarət etmək.
  • SOC-un ixtisaslı kadrlarla təchiz olunmasını və 24/7 əhatə dairəsini təmin etmək məqsədilə növbələrin təşkilini təmin etmək.
  • Təşkilati hədəflərə uyğun SOC siyasətləri, prosesləri və prosedurlarını işləyib-hazırlamaq, davam etdirmək və tətbiq etmək.
  • Təhlükəsizlik insidentlərinə cavab tədbirlərini, o cümlədən təhqiqatları, düzəlişedici tədbirləri və hesabatverməni  koordinə etmək və buna rəhbərlik etmək.
  • İnsidentlərə cavab planlarını (IRP), o cümlədən taktikaları qurmaq və optimallaşdırmaq.
  • Təhlükəsizlik insidentlərini idarə etmək, eləcə də azaltmaq məqsədilə İT bölməsi, biznes bölmələri ilə əməkdaşlıq etmək.
  • Yaranan kibertəhlükələrin qarşısını almaq üçün təhdidlərlə bağlı araşdırmaları toplamaq və onların təhlilinə nəzarət etmək.
  • Təhlükələrin aşkarlanması platformalarının, eləcə də monitorinq alətlərinin inteqrasiyasına və işinə nəzarət etmək.
  • Mütəmadi olaraq təhlükələrin aşkarlanması üzrə təlimlər keçirmək. Zəifliklərin hərtərəfli qiymətləndirilməsinin aparılmasını təmin etmək.
  • SOC tələblərinə əsaslanan yeni təhlükəsizlik alətlərini və texnologiyalarını qiymətləndirmək; bunlarla bağlı tövsiyələr vermək.
  • Müvafiq tənzimləyici standartlara (məsələn, PCI-DSS, ISO 27001, GDPR) uyğunluğu qoruyub saxlamaq və auditlərin aparılmasına dəstək olmaq.
  • Üst rəhbərlik üçün müntəzəm təhlükəsizlik metriklərini, ƏSG-lər və hesabatlar yaratmaq.
  • Auditlər və normativ tələblər üçün tələb olunan insidentləri, araşdırmaları və SOC fəaliyyətlərini sənədləşdirmək.
  • Birgə komanda ruhunu artırmaq, eləcə də davamlı öyrənməni və bilik mübadiləsini təşviq etmək.
  • Strateji SOC yol xəritəsini işləyib hazırlamaq və həyata keçirmək üçün rəhbərliklə birgə işləmək.
  • Mövcud SOC çərçivəsindəki boşluqları müəyyənləşdirmək və təkmilləşdirmələr barədə tövsiyələr vermək.
  • Təhlükəsizlik imkanlarını artırmaq məqsədilə xarici təhlükəsizlik agentlikləri, təchizatçılar və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək

Xüsusi tələblər

  • İnformatika, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik və ya əlaqədar sahədə bakalavr dərəcəsi; magistr dərəcəsi arzuolunandır.
  • SOC ilə bağlı işdə, komanda idarəetmə və ya menecment vəzifələrində ən azı 2-3 il, Kibertəhlükəsizlik sahəsində 5+ illik təcrübəyə malik olmaq.
  • SOC alətləri və texnologiyaları (məsələn, SIEM, SOAR, EDR) ilə bağlı işlərin qurulması və idarə edilməsi bacarıqları.
  • Şəbəkə protokolları, fayrvol idarəetməsi, IDS/IPS və təhlükələrin araşdırılması haqqında güclü biliklərə malik olmaq.
  • Təhlükəsizlik qayda və standartları (məsələn, NIST, ISO 27001, MITER ATT&CK) ilə iş təcrübəsinə malik olmaq.
  • İnsidentlərə qarşı cavab tədbirlərinin avtomatlaşdırılması istiqamətində scripting dilləri vasitəsi ilə işlərin təşkil edilməsi.
  • Güclü liderlik və komanda idarəetmə bacarıqlarına malik olmaq.
  • Risk menecment, güclü problem həlletmə bacarıqlarına malik olmaq.
  • Təzyiq altında işləmək və kritik hadisələri düzgün şəkildə sürətlə idarə etmək bacarığı.
  • Qeyri-texniki sahədə maraqlı tərəflərin mürəkkəb təhlükəsizlik məsələlərinin tərcüməsi üzrə effektiv şifahi və yazılı ünsiyyət bacarığı.

Ərizəniz:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
  • Deadline for applicants 20th November 2024 06:30 PM


Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 400 - 500 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız