Cəmiyyətin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
Layihələri şirkətin daxili prosedur və qaydalarına uyğun idarə etmək;
Layihənin razılaşdırılmış müddətə, ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
Layihənin iş qrafikinin hazırlanması, proqresin izlənilməsi və nəzarət edilməsinə rəhbərlik etmək;
Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
Layihə üzrə ehtimal büdcələrin, qiymət cədvəllərin tərtibatına rəhbərlik etmək və xərcləri layihənin bütün həyat dövrü idarə etmək;
Layihə üzrə maraqlı tərəfləri müəyyən etmək, idarəetmə və monitorinqi üzrə işləri təşkil etmək;
Layihə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, layihə komandası, podratçı şirkətlər və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
Layihə üzrə resursları idarə etmək, o cümlədən işçi qüvvəsi, material, xidmət və avadanlıqların təmin edilməsini təşkil etmək;
Layihə üzrə maliyyə axınını planlaşdırmaq və layihənin icrası müddətində təhlil edilməsinə nəzarət etmək;
Layihənin şirkətin SƏTƏM və Keyfiyyətin idarəedilməsi ilə bağlı siyasət və qaydalarına uyğun həyata keçirilməsini təmin etmək;
Sifarişçi və podratçılar ilə müqavilə inzibatçılığı işlərinin icrasına nəzarət etmək;
Layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak etmək;
Layihə üzrə dəyişikliklərin idarə edilməsi və nəzarətini təşkil etmək;
Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
Cəmiyyətin fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflər vermək;
Konsolidə edilmiş menecment hesabatlarının hazırlanmasında iştirak etmək;
Layihə rəhbəri tərəfindən verilən aidiyyəti göstərişləri təmin etmək və zəruri toplantılarda iştirak etmək;
Ezamiyyə imkanları;
5 günlük iş rejimi (bazar ertəsi – cümə);
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəhəri, Xətai rayonu,Yeryomenko 73.
Xüsusi tələblər
Ali iqtisadi və ya mühəndislik təhsili;
Texniki layihələrin idarəedilməsi sahəsində azı 5 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – səlis, Rus – arzuolunandır;
Kompüter bacarıqları: MS Office;
Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər (PMP sertifikatının olması əlavə üstünlükdür);