Avadanlıqlar üzrə satınalma mütəxəssisi

Bakı

Avrora Qrup
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Satınalma tələblərinin qəbulu və təmin olunması;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
  • Şirkətin mal-material və avadanlıqlarla təmin etməsi;
  • Tədarükçülərlə işgüzar yazışma və danışıqların aparılması;
  • Qiymət araşdırılması, tenderlər və kotirovka sorğularının həyata keçirilməsi;
  • Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması.

Xüsusi tələblər

  • Təhsil: Ali (Təchizat, Biznesin idarə edilməsi, İqtisadiyyat sahəsində Bakalavr və ya Magistr təhsili);
  • Təcrübə: Satınalma sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
  • CIPS sertifikatı üstünlük hesab olunur;
  • Dil bilikləri: Rus və İngilis dili üzrə ümumi biliklər.
  • Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;
  • Nəticəyönümlülük;
  • Təşəbbüskarlıq;
  • Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsi üzrə biliklər;
  • Analitik düşünmə qabiliyyəti;
  • Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığı;
  • Yüksək ünsiyyət qurma bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyədə biliklər.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız