Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi

Bakı

PAŞA Həyat
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İnvestisiya portfelinin və digər aktivlərin təhlil edilməsi yolu ilə kredit, bazar və likvidlik risklərinin aşkarlanması, ölçülməsi və nəzarətdə saxlanılması;
  • Kredit, bazar və likvidlik riskləri üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
  • Aktiv və öhdəliklərin valyuta, durasiya, faiz və s. bu kimi meyarlar əsasında uzlaşdırılması və immunizasiyası;
  • İqtisadiyyatda mövcud və potensial dəyişikliklərin araşdırılması, stress-testlərin aparılması (Solvency II) və şirkətin maliyyə vəziyyətinə mümkün təsirinin təhlili;
  • Kredit, bazar və likvidlik riskləri üzrə Risk İştahı Bəyənnaməsi və/və ya digər normativ sənədlər ilə müəyyən edilmiş limitlərə nəzarət edilməsi;
  • IFRS 9 standartlarına uyğun olaraq makrokalibrasiyanın aparılması
  • Birbaşa rəhbərin risklərin idarəedilməsi ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.

Xüsusi tələblər

  • İş təcrübəsi: Risk/Maliyyə (maliyyə analitikası) sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: Maliyyə və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi tələb olunur
  • Dil bilikləri: İngilis dili:əla, Azərbaycan dili: əla
  • Üstünlüklər: Risklərin idarə edilməsi sahəsində iş təcrübəsinin olması, CFA I/FRM I sertifikatları
  • Kompüter bilikləri: MS Office: əla , MS Excel: əla , MS Outlook: əla , MS Word: əla , MS PowerPoint: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə, planlaşdırma.

Telegram kanalımız