Ümumi şöbənin arxivçisi

Bakı

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müəyyən olunmuş qaydaya müvafiq sənədlərin qəbulunu, qeydiyyatını, sistemləşdirilməsini, mühafizəsini və istifadə olunmasını təmin etmək;
  • Müəssisə, idarə və təşkilatların struktur bölmələrinin işçilərini sənədlərin formalaşdırılması, hazırlanması və arxivə təhvil verilməsi qaydaları haqqında təlimatlandırmaq, onlara lazımi metodiki yardım etmək;
  • Vaxtı bitmiş kargüzarlıq sənədlərinin vaxtlı-vaxtında arxivə təhvil verilməsinə nəzarət etmək;
  • Mühafizə müddəti keçmiş arxiv sənədlərinin elmi praktiki ekspertiza işinin keçirilməsini, daima və müvəqqəti mühafizə üçün sənədlərin seçilməsini təmin etmək, sənədlərin dövlət arxivinə verilməsini, silinməsi və ləğvi aktlarının tərtibini təmin etmək;
  • Sənədlərin saxlanılma vəziyyətinə, vaxtlı-vaxtında onların yenidən tərtib olunmasına və dəyişdirilməsinə, arxivin yerləşdiyi yerdə sənədlərin saxlanılmasını təmin edən şəraitin olmasına nəzarət etmək;
  • Arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışların hazırlanmasını təşkil etmək, müəyyən olunmuş hesabatı tərtib etmək;
  • Aviasiya şirkətində istismar olunan hava gəmilərinin uçuş və texniki istismar sənədlərinin təyinatını bilmək;
  • Hava gəmilərinin operativ (Line Maintenance), vaxtarışı (Base Maintenance) və texniki xidmət (PR, NRS və digər texniki xidmət) sənədlərinin elektron qeydiyyatının aparılmasını və arxivdə saxlanılmasını təmin etmək;
  • Gündəlik texniki xidmət işlərinin sənədlərinin düzgün və dolğun doldurulmasına nəzarəti və tam arxivləşməni təmin etmək.
  • Bazar ertəsi – Cümə, 09.00-18.00
  • Əmək haqqı: ştat cədvəlinə uyğun olaraq

Xüsusi tələblər

  • Təhsili/ixtisası: tam orta təhsil;
  • Dil bilikləri: azərbaycan dili - əla, ingilis dili – yaxşı;
  • Kompüter bilikləri:  word – yaxşı, excel – yaxşı, Outlook – sərbəst.
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma;
  • Məsuliyətlilik;
  • Öz üzərində daima çalışmaq;
  • Rus dili biliyi arzuolunandır.

Telegram kanalımız