Agentlik və nümayəndəliklərlə iş üzrə şöbənin mütəxəssisi

Bakı

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Aviaşirkətin agentləri ilə daim əlaqə saxlamaq, agentlərin işini daim təhlil edərək  müvafiq məlumatlar hazırlamaq, onlara təşkilati kömək göstərmək, agentliklərlə Aviaşirkət arasında məlumat mübadiləsini təmin etmək;
  • Digər aviaşirkətlər və agentliklərlə ikitərəfli və çoxtərəfli danışıqların təşkil edilməsində və imzalanmaq üçün müvafiq sənədlərin hazırlanmasında iştirak etmək;
  • Aviaşirkətin xarici ölkələrdəki nümayəndəlikləri ilə daim əlaqə saxlamaq, nümayəndəliklərin işini daim təhlil edərək müvafiq məlumatlar hazırlamaq, onlara təşkilati kömək göstərmək, nümayəndəliklərlə baş ofis arasında məlumat mübadiləsini təmin etmək.
  • Bazar ertəsi – Cümə, 09.00-18.00
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Xüsusi tələblər

  • Təhsili/ixtisası: ali təhsil;
  • Dil bilikləri: azərbaycan dili - əla, ingilis dili – yaxşı;
  • Kompüter bilikləri:  word – yaxşı, excel – yaxşı, Outlook – sərbəst.
  • Komandada işləmək bacarığı;
  • Fikrini izah etmək qabiliyyəti;
  • İşə planlı yanaşma;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyətlilik;
  • Öz üzərində daima çalışmaq;
  • Ezamiyyə imkanları.
  • Rus dili biliyi arzuolunandır.

Telegram kanalımız