Baş məsləhətçi (Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsi)

Bakı

Azərbaycan Respublikasının Baş Prokurorluğu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mərkəz tərəfindən hazırlanan tədris-metodik vəsaitlərin nəşrə verilməsinin texniki məsələlərini həll etmək;
  • mərkəzdə olan ədəbiyyatın mühafizəsini təmin etmək;
  • kitabxananın işinin təşkil edilməsi və iş planlarında nəzərdə tutulmuş plan tədbirinin icrası ilə bağlı görülən işlərdə səlahiyyəti daxilində iştirak etmək;
  • portala daxil olan, habelə prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində irəli sürülmüş təkliflərin şöbə prokurorlarına çatdırılmasını təmin etmək;
  • Baş Prokurorluğun Elmi-Məsləhət Şurasının katibliyinin həyata keçirilməsinə köməklik etmək;
  • Xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan işçilərin peşə hazırlığının artırılması üçün təlimlərin təşkilində iştirak etmək;
  • Prokurorluq işçilərinin müxtəlif prosessual hərəkətlərin öyrənilməsinin təşkilində iştirak etmək;
  • Elmi-nəzəri və praktiki tədqiqatların aparılması məqsədi ilə Baş Prokurorluğun qurumlarından və tabe prokurorluqlardan müxtəlif xarakterli (statistik, analitik, operativ və sair) məlumatların, sənədlərin və materialların əldə olunmasını, habelə xidməti zərurət aradan qalxdıqda onların müvafiq qurumlara qaytarılmasını təmin etmək;
  • Mərkəzin elmi-tədqiqat və tədris qurumları, eləcə də dövlət orqanlarının tədris qurumları ilə əməkdaşlıq sənədlərinin layihəsini hazırlamaq;
  • Mərkəzin fəaliyyəti ilə bağlı öz səlahiyyəti daxilində digər məsələləri həll etmə.
  • Aylıq vəzifə maaşı 1345
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən  5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA1

Telegram kanalımız