Məsləhətçi (Antidempinq araşdırmaları sektoru)

Gəncə

İqtisadiyyat Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • sektorun fəaliyyəti ilə bağlı şöbənin iş planına dair təkliflərin verilməsində iştirak etmək;
  • “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada antidempinq, kompensasiya və mühafizə tədbirləri üzrə araşdırmanın keçirilməsini təmin etmək və bununla əlaqədar şöbə və sektor müdirlərinə təkliflər vermək;
  • antiinhisar sahəsində aparılan araşdırmalarda və antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyanın tərkibində iştirak etmək;
  • sektora daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə baxılmasını təmin etmək;
  • lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görmək;
  • mütəmadi olaraq görülmüş işlər barəsində şöbə və sektor müdirlərinə hesabatları təqdim etmək və s.

  • Aylıq vəzifə maaşı 630
    • Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

      • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
      • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
      • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən  5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

      Xüsusi tələblər

      • Təhsilə dair tələblər: hüquqşünaslıq, dünya iqtisadiyyatı, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat, sənayenin təşkili və idarə olunması, menecment, marketinq, biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, kommersiya, davamlı inkişafın idarə edilməsi ixtisasları üzrə ali təhsil
      • İş stajına dair tələblər: yoxdur
      • Kompüter biliklərinə dair tələblər: (MS WINDOWS, MS OFFICE, INTERNETDƏN istifadə ) – orta səviyyədə
      • Xarici dil biliklərinə dair tələblər: yoxdur
      • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB2

      Telegram kanalımız