Məsləhətçi (Şikayət və müraciətlərlə iş sektoru)

Bakı

İqtisadiyyat Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • sektora tapşırılmış vəzifələr, habelə iş planında nəzərdə tutulmuş tədbirlər üzrə ona həvalə edilmiş işlərin icrasını vaxtında və keyfiyyətlə həyata keçirmək;
  • sektora daxil olan və icrası ona tapşırılan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxmaq;
  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı mübahisəli məsələləri araşdırmaq;
  • qanunvericiliyin pozulması hallarını aşkar etdikdə qanunvericiliyin tələbinə uyğun tədbirlərin görülməsi üçün məsələ qaldırmaq;
  • dövlət satınalmalarında iştirak edən iddiaçıların və malgöndərənlərin (podratçıların) şikayətlərinə baxmaq, bu barədə satınalan təşkilata (və ya təsdiq edən orqana), satınalma prosedurlarında iştirak edən və bu şikayətə aidiyyəti olan bütün malgöndərənlərə (podratçılara) bildiriş göndərmək, şikayətə baxılması üzrə əsaslandırılmış qərar qəbul edilməsi və onun bir nüsxəsinin həmin şəxslərə göndərilməsi ilə bağlı məktub layihəsi hazırlamaq;
  • dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərmək, məsləhətlər vermək;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq rəhbərliyin qanunvericiliyə uyğun əmr və göstərişlərinə əsasən digər vəzifələri yerinə yetirmək.
  • Aylıq vəzifə maaşı 630

    Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

    • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
    • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən  5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, dünya iqtisadiyyatı, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat, sənayenin təşkili və idarə olunması, menecment, marketinq, biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, kommersiya, davamlı inkişafın idarə edilməsi ixtisasları üzrə ali təhsil
    • İş stajına dair tələblər: yoxdur
    • Kompüter biliklərinə dair tələblər: (MS WINDOWS, MS OFFICE, INTERNETDƏN istifadə ) – orta səviyyədə
    • Xarici dil biliklərinə dair tələblər: yoxdur
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB2

    Telegram kanalımız