Baş məsləhətçi-İctimaiyyətlə əlaqələr sektoru

Bakı

Maliyyə Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Gündəlik kütləvi informasiya vasitələrinin izlənilməsi;
  • Maliyyə Nazirliyi tərəfindən hazırlanmış normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında yerləşdirilməsi və elektron xidmətlərin həyata keçirilməsi işində istirak edilməsi; 
  • Rəhbərlik üçün gündəlik mətbuatın xülasəsinin hazırlanması;
  • Nazirliyin ictimaiyyətlə, o cümlədən KİV-lərlə əlaqələrinin koordinasiyası işində istirak edilməsi;
  • Nazirliyin cari fəaliyyətinin KİV-lərdə işıqlandırılmasının təmin edilməsi işində istirak edilməsi; 
  • Nazirliyə daxil olan müxtəlif şifahi və yazılı sorğuları “İnformasiya əldə etmək” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cavablandırılması;
  • Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilən məqalələrin və məlumatların forma və məzmununun qoyulan tələblərə cavab verməsinin təmin edilməsi;
  • vəzifə səlahiyyətlərinə uyğun olaraq üzrə şöbə müdiri və müdir müavini  tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
  • Aylıq vəzifə maaşı 895 AZN
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən  5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: filologiya (dil və ədəbiyyat göstərilməklə), jurnalistika, sosiologiya, beynəlxalq münasibətlər, davamlı inkişafın idarə edilməsi, dövlət və ictimai münasibətlər, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti(orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;
  • Xüsusi tələblər KİV sektorunda təcrübəsi və iqtisadi-maliyyə sahəsində yazı bacarıqları olanlara üstünlük veriləcək.
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA3

Telegram kanalımız