Böyük məsləhətçi Regional şöbə və bölmələr, 10 saylı regional bölmə (Oğuz, Qəbələ, İsmayıllı)

Oğuz, Qəbələ, İsmayıllı

İqtisadiyyat Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • bölmənin iş planının hazırlanmasında iştirak etmək; 
  • bölmə müdirinin tapşırığı ilə antiinhisar və reklam qanunvericiliklərinin pozulması halları ilə bağlı sənəd və məlumatların toplanması və istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunması, istehlak bazarında, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində (obyektlərdə) mövcud norma və qaydalara riayət edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada monitorinq, yoxlama və araşdırmalar aparmaq;  
  • daxili bazarın formalaşmasına xüsusilə təsir edən bəzi tikinti materiallarının,ərzaq mallarının və tərəvəz məhsullarının region üzrə orta bazar qiymətlərinin toplanılması ilə bağlı monitorinqlər keçirmək və nəticələrini ümumiləşdirərək aidiyyəti üzrə təqdim etmək;
  • sahibkarlıq obyektlərində ticarət, ictimai iaşə və digər növ xidmətlərin keyfiyyəti və təhlükəsizliyi üzrə tələblərin pozulması haqqında istehlakçıların rəy, şikayət və təkliflərinə qanunvericiliyin tələblərinə uyğun qaydada baxmaq, nəticələrinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi üçün aidiyyəti üzrə məlumat vermək;
  • malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi qaydalarının tələblərinə tam riayət edilməklə malın mənşə ölkəsini təsdiq edən sertifikatı vermək;
  • fəaliyyəti yoxlanılan obyektləri görülən tədbirlər barədə məlumatlandırmaq və yoxlamanın nəticələri barədə sənədləri tərtib etmək; 
  • aparılmış yoxlama və araşdırmaların və görülmüş işlərin nəticələrinə dair məlumatların Dövlət Xidmətinin əlaqədar şöbələrinə təqdim edilməsi üçün hesabatları hazırlamaq;
  • lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görmək;
  • mütəmadi olaraq görülmüş işlər barəsində bölmə müdirinə hesabatları təqdim etmək və s.
  • Aylıq vəzifə maaşı 645

    Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

    • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
    • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
    • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən  5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: hüquqşünaslıq, çoxişlənən malların texnologiyası mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi , metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi , dünya iqtisadiyyatı, mühasibat uçotu və audit, maliyyə, iqtisadiyyat, sənayenin təşkili və idarə olunması, menecment, marketinq, biznesin idarə edilməsi, dövlət və bələdiyyə idarəetməsi, kommersiya, davamlı inkişafın idarə edilməsi ixtisasları üzrə ali təhsil
    • İş stajına dair tələblər: yoxdur
    • Kompüter biliklərinə dair tələblər: (MS WINDOWS, MS OFFICE, INTERNETDƏN istifadə ) – orta səviyyədə
    • Xarici dil biliklərinə dair tələblər: yoxdur
    • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB3

    Telegram kanalımız