Aparıcı məsləhətçi- Satınalmaların təşkili sektoru

Bakı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Nazirliyin Aparatının xərclər smetasında nəzərdə tutulmuş vəsaitlərə uyğun olaraq satınalma planını tərtib etmək və müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;
  • keçiriləcək satınalmalar barədə kütləvi informasiya vasitələrində məlumatların dərc etdirilməsi və ictimaiyyətə çatdırılmasını təmin etmək;
  • tender komissiyasının üzvləri tərəfindən təqdim edilmiş məlumatlar əsasında iclas protokollarının, yekun protokolların və müqavilələrin tərtib edilməsində iştirak etmək;
  • satınalma prosedurları zamanı iddiaçı kimi qeydiyyatdan keçmiş malgöndərənlərin (podratçıların) şikayətlərinə baxmaq və qanun çərçivəsində cavablandırmaq;
  • satınalma prosedurlarının keçirilməsi və tender prosedurlarının təşkil edilməsi sahəsində Nazirlik yanında və tabeliyində  olan qurumlara təşkilatı metodiki köməklik göstərmək;
  • keçirilmiş satınalmaların nəticələri barədə yekun protokolları müvafiq icra hakimiyyəti orqanına təqdim etmək;
  • Nazirliyin Aparatının işçilərinə əmək haqqı, mükafat, ezamiyyə və digər ödənişlərin  vaxtında hesablanmasında və ödənilməsində iştirak etmək;
  • qanunvericiliyə uyğun olaraq dövlət satınalmalarının təşkil edilməsini təmin etmək və icrasına nəzarət etmək;
  • satınalma prosedurları haqqında hesabatları tərtib etmək;
  • şöbəyə daxil olan sənədlərə öz səlahiyyətləri dairəsində baxmaq.
  • Aylıq vəzifə maaşı 855 AZN
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən  5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız