Məsləhətçi-Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi

Bakı

Azərbaycan Respublikası Audiovizual Şurası
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Dövlət orqanının fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, daxili qaydaları, təlimatları və digər normativ sənədləri hazırlayır və ya struktur bölmələr ilə birlikdə onların hazırlanmasında iştirak edir, təhlil aparır, onların təkmilləşdirilməsinə dair təkliflər verilməsi;
  • Aparatın struktur bölmələri tərəfindən hazırlanmış sənəd layihələrinin (məktub, arayış, sorğu, hüquqi akt və s.) hüquqi ekspertizasını həyata keçirir və onların qanunvericiliyə uyğunluğunu yoxlanılması;
  • Aparatın struktur bölmələri tərəfindən vətəndaşların yazılı təklif, ərizə və şikayətlərinə, həmçinin rəhbər vəzifəli şəxslər tərəfindən qəbul edilmiş vətəndaşların müraciətlərinə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını həyata keçirilməsi, müraciətlərə baxılması vəziyyətini müntəzəm olaraq araşdırılması;
  • Şöbənin iş planı və fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak edilməsi;
  • Audiovizual media subyektlərinin reyestrini aparılması;
  • Audiovizual yayımçıların monitorinqi zamanı aşkar edilmiş digər qanun pozuntuları barədə şöbə müdirinə və ya müdir müavininə məlumat verilməsi;
  • Şöbə əməkdaşlarının fəaliyyətinin səmərəliləşdirilməsi üçün təkliflər hazırlayır, daxil olan təkliflərin ümumiləşdirilməsini həyata keçirilməsi;
  • Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərin araşdırılmasını və cavablandırılmasının təmin edilməsi;
  • Şöbə tərəfindən audiovizual media sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təhlili prosesinə nəzarət edir və bu barədə şöbə müdirinə və müdir müavininə məruzə edir;
  • Rəhbərliyin göstərişi ilə xarici ölkələrin eyni səlahiyyətli qurumları ilə, həmçinin audivizual media sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığa dair yazışmalar aparır, həmçinin ikitərəfli və ya çoxtərəfli müqavilə və razılaşmaların işçi variantlarının hazırlanmasında iştirak edir;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi; 
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.
  • Aylıq vəzifə maaşı 825 AZN
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən  5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows,MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız