Məsləhətçi- Hüquqi təminat sektoru

Bakı

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə dair rəy və təklifləri sektor müdirinə təqdim etmək;
  • Agentlik Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlar tərəfindən hazırlanmış normativ hüquqi aktların və digər hüquqi aktların, beynəlxalq müqavilələrin, təşkilati-sərəncamverici aktların layihələrinin hüquqi ekspertizasını, o cümlədən normativ hüquqi aktların layihələrinin məcburi hüquqi ekspertizasını həyata keçirmək;
  • Agentliyin fəaliyyəti ilə bağlı mülki, idarələrarası və s. xarakterli müqavilələrin hazırlanmasında iştirak etmək, belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək; 
  • qida təhlükəsizliyi sahəsində Agentliyin normayaratma fəaliyyətində, qanunvericilik bazasının formalaşdırılmasında, mütəmadi olaraq təkmilləşdirilməsində və yenilənməsində, hüquqi təminat işinin aparılmasında iştirak etmək;
  • Azərbaycan Respublikasının məhkəmələrində Agentliyin, xarici dövlətlərin məhkəmələrində (arbitrajlarda) Azərbaycan Respublikasının hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək və məhkəmələrdə baxılan işlər barədə sektor müdirinə məruzə etmək;
  • dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən Agentliyə ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq və tədbirlər görmək; 
  • normativ hüquqi aktlarda Agentliyə həvalə edilmiş tədbirlərin, habelə təşkilati-sərəncamverici aktlarda nəzərdə tutulmuş tədbirlərin (tapşırıqların) icrasını, o cümlədən Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında şöbənin fəaliyyət istiqamətlərinə üzrə uyğun olaraq qeyd olunmuş tədbirləri həyata keçirmək;
  • Agentlik Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlarına Agentliyin fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericiliyin tələblərinə əməl olunmasına dair hüquqi məsləhətlər vermək;
  • Agentlik Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlar tərəfindən hazırlanmış normativ hüquqi aktların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna dair rəylər vermək;
  • qida təhlükəsizliyi üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Agentlik Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlardan daxil olmuş təklifləri ümumiləşdirib sektor müdirinə təqdim etmək;
  • Agentliyin hüquqi aktlarının Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi üçün müvafiq prosedurları həyata keçirmək;
  • Sektorun iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
  • qanunvericiliyə uyğun olaraq xidməti məlumatları, dövlət və kommersiya sirrini qorumaq;
  • Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
  • sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Sektorun icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək;
  • Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
  • Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq; 
  • Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək və məxfilik rejiminə riayət etmək; 
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
  • Aylıq vəzifə maaşı 825 AZN
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən  5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A2;İngilis dili-A2;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA4

Telegram kanalımız