Baş məsləhətçi-Media və ictimaiyyətlə əlaqələr sektoru

Bakı

Dövlət Turizm Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Təşkilatın müsbət imicinin formalaşdırılması istiqamətində təbliğat və təşviqat işini təşkil etmək;
  • Agentliyin rəsmi internet səhifəsinin imkanlarının təkmilləşdirilməsində iştirak;
  • İnformasiya sorğularını qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırmaq;
  • Press turları təşkil etmək;
  • Ölkədaxili və ölkəxarici səfərlərdə iştirak və onların işıqlandırılmasını təmin etmək;
  • Agentliyin tabeliyində olan qurumların fəaliyyətinin KİV-də işıqlandırılmasını təmin etmək;
  • Ölkədaxili fəaliyyət göstərən televiziya, radio, qəzet və digər mətbu orqanlarla işgüzar münasibətlərin yaradılması və fəaliyyətin təşkili işində iştirak etmək;
  • Mətbuat konfransı, brifinq, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin təşkil edilməsi, işıqlandırılmasını təmin etmək;
  • Medianın monitorinqinin aparılması və hesabatları hazırlamaq;
  • Sosial şəbəkələrdə aktiv işin aparılması, vətəndaşların sorğularının cavablandırılması.
  • Aylıq vəzifə maaşı 880
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən  5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: dövlət və bələdiyyə idarəetməsi, dövlət və ictimai münasibətlər, turizm və otelçilik, jurnalistika, beynəlxalq münasibətlər, tərcümə (dillər üzrə), politologiya ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: vəzifənin fəaliyyət sahəsi üzrə 3 il iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B2;İngilis dili-B2;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BA3

Oxşar vakansiyalar