Dəstək xidmətləri üzrə Mütəxəssis/Aparıcı mütəxəssis

Bakı

Ziraat Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bankın ehtiyyac duyduğu mal və xidmətlərə dair ehtiyac planı hazırlamaq; 
  • Sifariş olunan satınalmaların həyata keçirilməsi;
  • Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
  • Mədəni-kütləvi və digər tədbirlərin hazırlanması və keçirilməsində təşkilati və texniki yardım göstərilməsi;
  • Bankın təhlükəsizlik standartlarını müəyyənləşdirmək və bu məsələ ilə bağlı lazımı işlərin görülməsinə nəzarət etmək;
  • Fövqəladə hallar planlarını tərtib etmək və bu məsələdə digər strukturlarla əlaqəli çalışmaq;
  • Banka məxsus əmlakların mobil və daimi telefon xətləri sisteminin müqavilə, satınalma, nəzarət və s. işlərinin həyata keçirilməsi;
  • Əlaqədar strukturlarla koordinasiyalı şəkildə reklam işi və xidmətlərinin hazırlanması, canlı tutulmasının təmin edilməsi;
  • Satınalma, dəstək xidmətlərinin göstərilməsi sahəsində sistemin qurulmasında iştirak etmək;
  • Bankın inventarlarının yoxlanılması və inventarizasiyanın aparılması;
  • Sığortalanması tələb olunan bütün əmlakların sığortlanmasının təmin edilməsi;
  • Təşkilatda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi;
  • Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin edilməsi;
  • Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparılması;
  • Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reyestrinin aparılmasını, davamlı olaraq monitorinq olunmasının təmin edilməsi.

Xüsusi tələblər

  • Ali təhsil;
  • Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
  • Kompüter bilikləri (MS Office, Internet); 
  • İngilis dili, rus dili və excell  bilikləri.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız