Hakimin köməkçisi

Quba

Quba Rayon Məhkəməsi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • məhkəmə iclasında iştirak etmələrinə dair məktubların (bildirişlərin) işdə iştirak edən şəxslərə göndərilməsinin təmin edilməsi
  • məhkəmə iclasına çağrılanlardan gələnlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, gəlməyənlərə bildirişlərin verilib – verilmədiyinin aydınlaşdırılması, onların gəlməmələrinin səbəbləri barədə əldə etdiyi məlumatların məhkəmə heyətinə çatdırılması
  • məhkəmə iclasının hazırlanması və keçirilməsi ilə əlaqədar zəruri olan digər təşkilati işlərin həyata keçirilməsi
  • qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəmə iclasının protokolunun tərtib edilməsi
  • icraatı başa çatmış işlərdə olan sənədlərin siyahısının tərtib edilməsi, müvafiq vəzifəli şəxsə təhvil verilməsi və s.
  • Aylıq vəzifə maaşı 490 AZN
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
  • Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən  5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat BB4

Telegram kanalımız