məhkəmə sənədlərinin, o cümlədən məhkəmə aktlarının layihələrinin qanunvericiliklə müəyyən edilmiş müddətdə hazırlanması;
icraatda olan işlərin və hakim tərəfindən verilmiş tapşırıqların vaxtında icrasının təmin edilməsi;
"Elektron məhkəmə" informasiya sistemi yaradılmış məhkəmələrdə həmin sistemin tətbiq edilməsi, elektron stastistika sistemini təmin etmək məqsədi ilə yekunlaşdırılmış işlər üzrə nəticələri və yekun məhkəmə aktlarının sistemə daxil edilməsi;
məhkəmə qərarlarından, qərardadlarından və qətnamələrindən verilmiş şikayətlərlə əlaqədar işlərin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi;
məhkəmə aktlarının vaxtında icraya yönəldilməsi;
məhkəmə sədrinin əmrlərinin və tapşırıqlarının vaxtında yerinə yetirilməsi;
Aylıq vəzifə maaşı 730 AZN
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;
Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 6 sentyabr 2022-ci il tarixindən 5 oktyabr 2022-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Xüsusi tələblər
Təhsilə dair tələblər: hüquqşünaslıq ixtisası üzrə ali təhsil
İş stajına dair tələblər: yoxdur
Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
Xarici dil biliklərinə dair tələblər: yoxdur
Müsahibədə iştirak etmək hüququ verən sertifikatBB2