Master konsultant

Bakı

Grand Motors MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mütəxəssislər tərəfindən yönləndirilən müştəri sorğularının cavablandırılması və ilkin diaqnozun qoyulması;
  • Müştəri tarixçəsinin yoxlanılması;
  • Təmir sifarişlərinin qəbul edilməsi, qiymət təkliflərinin hazırlanması və xidmət müddətinin hesablanması;
  • Müştəri müraciətlərinə əsasən, qiymət təkliflərinin verilməsi;
  • Təmir müddəti, xərclər və müayinə zamanı yaranmış əlavə xərclər ilə bağlı müştərinin məlumatlandırılması və razılaşdırılması;
  • Gündəlik olaraq, servis rəhbəri ilə sifarişlərə baxışın keçirilməsi və mobil xidmətin fəaliyyətinin planlamasının həyata keçirilməsi;
  • Müştərinin tələbinə əsasən, ehtiyat hissəsinin anbardaki mövcudluğunun yoxlanılması, zərurət olduqda sifariş edilməsi üçün müvafiq şöbəyə məlumatların ötürülməsi;
  • Texniki xidmətin göstərilməsi prosesinə nəzarət edilməsi.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq;
  • 6 günlük iş qrafiki (növbəli);
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz;

Xüsusi tələblər

  • Texniki xidmət sahəsində 2 il təcrübə ( kənd təsərrüfatı və inşaat texnikalarının təmiri sahəsində biliklərin olması);
  • 1C proqramı ilə işləmə bacarığı arzuolunandır;
  • Zərurət olduğu halda, ezamiyyətlərə getməyə hazır olmalı;
  • MS Office proqramları ilə işləmə bacarığı, əsasən də MS Outlook-la.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız