İqtisadiyyat və planlaşdırma şöbəsinin Böyük iqtisadçısı

Bakı

Azərbaycan İnvestisiya Holdinqi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İllik büdcənin hazırlanmasını həyata keçirmək;
  • Rüblük və illik əsasda büdcənin icraatına nəzarət etmək, faktiki xərclər ilə büdcə arasında yaranmış fərqlərin təhlilini aparmaq;
  • Faktiki göstəriciləri nəzərə alaraq büdcə dürüstləşdirilməsində iştirak etmək;
  • Azərbaycan İnvestisiya Holdinqinin və portfel şirkətlərinin idarəetmə hesabatlılığı üzrə standartlarının hazırlanması və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsində iştirak etmək;
  • İdarəetmə hesabatlılığı üçün nəzərdə tutulan məlumatın toplanılması, tamlığının yoxlanılması, təhlillərin aparılması və sistemləşdirilməsinin həyata keçirilməsində iştirak etmək;
  • Portfel şirkətlərinin maliyyə hesabatlarının, büdcə göstəricilərinin təhlilində iştirak etmək;
  • Maliyyə göstəricilərinin daxili sistemə inteqrasiyası prosesində iştirak etmək;
  • Görülən işlər və onların nəticələrinə dair hesabatları müntəzəm olaraq baş iqtisadçıya və/və ya şöbə müdirinə təqdim etmək;
  • Şöbədaxili prosedurların tərtib olunmasında, təqdimatların hazırlanmasında yaxından iştirak etmək;
  • İşgüzar danışıqlar aparmaq və daxil olan məktubları cavablandırmaq.

Xüsusi tələblər

  • Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və s. əlaqəli sahələr);
  • Böyük dördlük (Big4) şirkətlərində və ya digər qabaqcıl şirkətlərdə audit, büdcələmə, hesabatlılıq sahəsi üzrə ən azı 4 il iş təcrübəsi;
  • Mikro və makroiqtisadiyyat üzrə biliklər;
  • Maliyyə modelləri ilə işləmək, təhlil etmə bacarığı;
  • MS Office proqramlarında mükəmməl işləmək bacarığı (Excel, Power BI, PowerPoint bacarıqlarına üstünlük verilir);
  • Müvafiq sahə üzrə müxtəlif sertifikatlara (ACCA, CFA və s.) malik olan şəxslərə üstünlük verilir;
  • Yüksək səviyyəli analitik bacarıqlar və sürətli öyrənmə qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (mükəmməl), Rus dili (arzuolunandır);
  • Təşəbbüskarlıq, yüksək səviyyədə ünsiyyət, yazı və münasibət qurmaq bacarıqları;
  • Operativlik, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız