Satış nümayəndəsi (Abşeron, Şirvan- Hacıqabul, Qobustan-Şamaxı zonaları üzrə)

Bakı, Şirvan, Hacıqabul, Qobustan, Şamaxı

Prior Leasing
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Birbaşa rəhbəri tərəfindən təqdim edilən həftəlik satış ərazisi planına əsasən Cəmiyyətin məhsulları haqda dolğun və düzgün məlumatın müştərilərə birbaşa marketinq vasitəsi ilə çatdırmaq;
  • Potensial müştərilərin biznes ünvanlarına səfər etməklə müştərilər axtarmaq və cəlb etmək;
  • Marketinq materiallarını yaşayış və biznes məntəqələrində yayılmasını təmin etmək;
  • Cəmiyyətin ofisinə daxil olan potensial müştərilərə məhsullar barədə ətraflı məlumat vermək;
  • Express məhsulların satışını həyata keçirmək;
  • Real müştərilərin lizinq ilə bağlı müraciətlərini MİS-ə daxil edərək Lead yaratmaq və onlara lizinq alınması prosesi barədə ətraflı məlumat vermək;
  • Daxili qaydalara müvafiq olaraq müştərilərin planlı və ya qəfil monitorinqini aparmaq;
  • Əhatə etdiyi ərazi üzrə fəaliyyət göstərən Kənd Təsərrüfatı idarələri ilə sıx əməkdaşlıq etmək və məsul şəxsləri yeni məhsullar və xidmətlər barədə məlumatlandırmaq;
  • Təkrar müştərilərə səfərlər edib müştəri üçün maraqlı olan məhsulların təqdimatın etmək; 
  • Texniki nəzarət xidmətindən müvafiq sənədləri təhvil almaq;
  • Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak etmək;
  • Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;
  • Baş ofisdən birbaşa verilən tapşırıqları Filial müdirini məlumatlandırmaqla yerinə yetirmək;
  • Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;
  • Rəhbərliyə müvafiq hesabatların vaxtı vaxtında təqdim etmək;
  • Hər hansı bir potensial problem barədə birbaşa rəhbərinə vaxtında və dəqiq məlumat vermək;
  • Digər lizinq təşkilatlarının daxil olduğu ərazilərdə fəaliyyətinin təhlilini aparmaq.
  • 5 günlük iş qrafiki, 08:30 - 17:30;
  • Əmək haqqı: 400 AZN + aylıq bonus;
  • Əlavə: Yanacaq və nəqliyyat xərcləri;

Xüsusi tələblər

  • Fərdi və komanda şəklində işləmək;
  • Vəziyyəti düzgün qimətləndirmək;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
  • Sürücülük bacarığı.
  • Operativlik;
  • Məsuliyyətlilik və diqqətçillik;
  • Şəffaflıq və davranış qaydaları tələblərinə malik olmaq;
  • Microsoft Office proqramlarında işləmək bacarığı.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız