Hüquq və Komplayns üzrə menecer

Bakı

Freedom Finance
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müəssisənin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə hüquqi rəy vermək;
  • Daxili standart müqavilələrin və şablonların, habelə daxili qayda, təlimat, prosedurların hazırlanmasında iştirak etmək;
  • Müəssisənin bağladığı xidmət, alqı-satqı, reklam və s. müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • Dövlət və məhkəmə orqanlarından, o cümlədən digər şəxs və qurumlardan daxil olan hüquqi sorğulara, müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq cavablandırılmasını təmin etmək;
  • Müəssisənin struktur bölmələrinə hüquqi yardım göstərmək və daxil olan sorğuları cavablandırmaq;
  • Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi;
  • Ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatlar hazırlamaq və rəhbərinə təqdim etmək.
  • Müqavilələrin qanunvericiliyə və Müəssisənin maraqlarına uyğunluğunun yoxlanması;
  • Məhkəmə işlərinin aparılması.
  • Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək;
  • Qanunvericilikdə baş vermiş dəyişiklikləri izləmək, zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı birbaşa rəhbərini məlumatlandırmaq;
  • Komplayns istiqaməti üzrə birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək.
  • AR əmək məcəlləsinə əsasən sənədləşmə; 

Xüsusi tələblər

  • Təhsil: Ali 
  • İş təcrübəsi: 3 il (hüquq sahəsində);
  • Yaş həddi: 25 – 35;
  • Dil bilikləri: Rus və ingilis 
  • Mülki qanunvericilik və “Qiymətli kağızlar bazarı haqqında” AR qanunvericiliyi üzrə biliklər;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız