Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qatarların, vaqonların, yüklərin gəlməsi barədə məlumatların qəbul edilməsi və ötürülməsi;
  • Daşıma sənədlərinin qəbul edilməsi, qatarda olan vaqonların çəkilərini, uzunluqlarını hesablamaqla qatar heyətinin müəyyən edilməsi;
  • Natura vərəqələrinin tərtib edilməsi, qatarların tərtibatı və göndərilməsinin planlaşdırılması;
  • Qatarların düzgün tərtibatına nəzarət edilməsi, qatarların uzunluğunun, çəkilərinin müəyyən edilmiş normalarına riayət edilməsi, xüsusi hərəkət heyətlərinin, xüsusi təyinatlı yüklərlə yüklənmiş vaqonların daşınma və sahibinə çatdırılması müddətində hərəkətinin təmin edilməsi;
  • Qatarların, vaqonların, yüklərin kodlaşdırılmasının aparılması, bu barədə məlumatların yükalıcılarına çatdırılması;
  • İşçi parkında olan vaqonların nömrələrinin, boşdayanmalarının, müşayiət olunan qiymətli yüklərin, sənədsiz vaqonların, vaqonsuz sənədlərin, nasaz vaqonların, xüsusi yüklərlə yüklənmiş vaqonların, bir dəmiryolundan başqa dəmiryoluna ötürülən vaqonların hesabatının aparılması.
  • Ünvan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi stansiyası

Xüsusi tələblər

  • Minimum təhsil dərəcəsi Orta təhsil
  • Stansiyanın texniki sərəncam aktı və texnoloji iş prosesi üzrə biliklər;
  • Natura vərəqəsinin tərtib olunması, vaqonların şərti işarələndirilməsi, vaqonların kodlaşdırılması qaydaları, tərtibat planı üzrə biliklər;
  • Teletaypda işləmək, informasiya maketlərinin tərtib edilməsi və ötürülməsi üzrə biliklər;
  • Qatarların hərəkət cədvəli üzrə biliklər;
  • Blankların doldurulması və qatar sənədləşdirilməsi qaydaları üzrə biliklər;
  • Hesablama və yazma maşınlarından, teletayp aparatlarından, daşınan və daşınmaz radiostansiyalardan istifadə etmə qaydaları üzrə biliklər;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları üzrə biliklər.
  • Fərdi keyfiyyət göstəriciləri
  • Keyfiyyət yönümlülük
  • Diqqətlilik
  • İntizamlılıq
  • Komputer bilikləri MS Word-orta ,MS Excel-orta

Telegram kanalımız