Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Stansiyanın elektrik təchizatı sisteminə, elektrik avadanlıqlarına düzgün xidmətin göstərilməsinin və onların qəzasız işləməsinin təmin edilməsi;
  • Növbə ərzində stansiyanın elektrik qurğu və avadanlıqlarına, elektrik təchizatı sisteminə, elektrik paylayıcı quruluşlarına baxışın keçirilməsi və bunların saz vəziyyətdə olmasının, qəzasız və dayanıqlı işləməsinin, onların düzgün istismarının təmin edilməsi;
  • Elektrik xətlərinin zədələnməsi və qəza hallarının qarşısının alınmasının və qurğularda, quruluşlarda, elektrik xətlərində, baş vermiş qüsur, nasazlıq, qəzaya və digər zərərlərə səbəb ola biləcək hadisələrin vaxtında və keyfiyyətlə aradan qaldırılmasının təmin edilməsi;
  • Qaynaq aparatının elektrik şəbəkəsinə qoşulmasının yerinə yetirilməsi;
  • Ərazidə, xidməti-texniki otaqlarda, sex və sahələrdə, zallarda işiqlandırıcıların, elektrik açarlarının, yuvalarının, projektorların, divar patronlarının quraşdırılmasının yerinə yetirilməsi;
  • Lümun set işıqlandırıcılarının start tənzimləyicisi aparatlarının dəyişdirilməsi, istehsalçı zavodun qurğuların istismar şəraiti və iş rejiminə dair təlimatının tələblərinə əməl edilməsi;
  • Elektrik xətlərinin montajının, zəruri hallarda ayrı-ayrı hissələrdə elektrik xətlərinin dəyişdirilməsinin, yenisi ilə əvəz olunmasının həyata keçirilməsi.
  • Ünvan Bakı şəhəri, Sabunçu qəsəbəsi, Sabunçu stansiyası

Xüsusi tələblər

  • Minimum təhsil dərəcəsi Peşə təhsili
  • Elektrik peşəsində istifadə olunan alətlər, avadanlıqlar və materiallar üzrə biliklər;
  • Xidmət edilən avadanlıqların sazlığının yoxlanılması üzrə biliklər;
  • Xidmət göstərilən obyekt və ya sahənin elektrik sxemi üzrə biliklər;
  • Təmir ediləcək elektrik təchizatı sisteminin, elektrik avadanlıqlarının təmiri, sınaq edilməsi, təhvil-təslim edilməsinin texniki şərtləri üzrə biliklər;
  • Əməyin texniki-təhlükəsizlik qaydaları üzrə biliklər.
  • Keyfiyyət yönümlülük
  • Diqqətlilik
  • İntizamlılıq

Telegram kanalımız