Operator (Xaçmaz)

Xaçmaz

Azərbaycan Dəmir Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Defektoskop arabası ilə relslərdə gizli defektlərin aşkara çıxarılması prosesinin aparılması;
  • Relslərdə aşkar edilən zədələrin hərtərəfli təhlili və dərəcəsinin təyini, onların qeydiyyatı və labüd hallarda qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin görülməsi;
  • Rels defektoskop arabalarının istismar qaydalarına əməl etməklə saz vəziyyətdə saxlanılması;
  • Xarici əlamətlərə görə nasazlıqların təyini və aradan qaldırılması;
  • Arabaların ayrı-ayrı qovşaqlarının sökülməsi, yığılması və işə yararlılığının təyin edilməsi;
  • Qidalanma mənbələrinin işinin yoxlanılması, defektoskop arabasının təmir edilməsi.
  • Ünvan Xaçmaz şəhəri, Vağzal küçəsi 48

Xüsusi tələblər

  • Minimum təhsil dərəcəsi Orta təhsil
  • Elektromaqnit və ultrasəs rels defektoskoplarının quruluşu və təyinatları üzrə biliklər;
  • Relslərin defekt dərəcəsi və onların qatarların hərəkət təhlükəsizliyinə təsiri üzrə biliklər;
  • Relslərin norma iş şəraitləri üzrə biliklər;
  • Yolun üst quruluşu üzrə biliklər;
  • Elektrotexnikanın əsasları, çilingər işləri üzrə biliklər;
  • Defektoskopların saxlanması, istismar qaydaları və arabanın işi zamanı düzgün göstəriciləri pozan nasazlıqların qarşısının alınması və aradan qaldırılması qaydaları üzrə biliklər;
  • Defektoskopların və onların axtarıcı qurğularının, telefon və digər aparatların defektli relslərində sazlanması və tənzimlənməsi qaydaları üzrə biliklər;
  • Qidalanma batareyalarının quruluşu və onlara qulluq edilməsi qaydaları üzrə biliklər.
  • Keyfiyyət yönümlülük
  • Diqqətlilik
  • İntizamlılıq
  • Müraciət edən namizədlərin nəzarət-ölçü cihazları ilə işləmək bacarığının olması arzuolunandır.
  • Komputer bilikləri MS Office-orta

Telegram kanalımız