Mülki müdafiə qərargahının mülki müdafiə üzrə mühəndisi

Bakı

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin, fəhlə və qulluqçuların fərdi mühafizə vasitələri, radiasiya və kimya dozimetrik-nəzarət cihazları ilə təminatını təşkil etmək;
  • Struktur bölməsinin yerləşdiyi regional fövqəladə hallar və mülki müdafiə şöbəsi ilə əlaqəli işləmək; 
  • Mülki müdafiənin idarə olunmasında, fövqəladə hallar zamanı təşkilati, mühəndis-texniki, tibbi və digər xüsusi tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmək;
  •  Təhkim olunduğu struktur bölməsinin mülki müdafiə üzrə tədbirlər planının işlənib hazırlanmasında yaxından iştirak etmək;
  • Təhkim olunduğu struktur bölməsinin işçilərindən ibarət hərbiləşdirilməmiş dəstələrin yaradılmasını təşkil etmək; 
  • Fərdi mühafizə vasitələrinin sifariş verilməsi, onların alınması, yerləşdirilməsi, laboratoriya yoxlamasından keçirilməsini təşkil etmək;
  • Kollektiv mühafizə qurğularının hazır vəziyyətdə saxlanmasına, zirzəmilərin və başqa daldanacaqların texniki vəziyyətinə nəzarət etmək;
  • Rəhbər heyətin, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin və işçilərin müəyyən olunmuş proqram üzrə hazırlığını həyata keçirmək;
  • Xüsusi kompleks təlimlərinin keçirilməsini təmin etmək;
  • Kollektiv mühafizə qurğularının tikintisində, köhnə qurğuların yeniləşdirilməsində iştirak etməli, mühəndis texniki tədbirlərin keçirilməsində layihə normalarına əməl olunmasına nəzarət etmək;
  • Mülki müdafiə üzrə hesabat məlumatlarının, əmr və sərəncamların hazırlanmasında iştirak etmək;
  • Struktur bölməsində xəbərdarlıq və rabitə sisteminin hazırlığını təşkil etmək.
  • İş rejimi: Bazar ertəsi – Cümə, 09.00-18.00
  • Əmək haqqı: ştat cədvəlinə uyğun olaraq

Xüsusi tələblər

  • Təhsili/ixtisası: ali təhsil;
  • Dil bilikləri: azərbaycan dili - əla;
  • Kompüter bilikləri:  word – yaxşı, excel – yaxşı, outlook – sərbəst.
  • Komandada işləmək bacarığı;
  • İşə planlı yanaşma;
  • Məsuliyətlilik;
  • Öz üzərində daima çalışmaq;
  • İngilis dili və rus dili biliyi arzuolunandır.

Telegram kanalımız