Tərəzi operatoru (Saatlı MKT)

Saatlı

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi. Yüklərin xarici görünüşünə baxış keçirilməsi və qablaşdırılmasının düzgünlüyünə nəzarət edilməsi.
  • Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.
  • Yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi.
  • Çəkilmiş yüklərin uçotunun aparılması.
  • Tərəzilərin çəkini düzgün göstərməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət.
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Xüsusi tələblər

  • Ali və ya orta texniki təhsil;
  • Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları;
  • Çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini, xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını bilməlidir;
  • Çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını bilməlidir;
  • Daxili əmək intizam qaydalarını, əməyin mühafizəsini, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları.

Telegram kanalımız