Qatar tərtibçisi (Ağdaş)

Ağdaş

Azərbaycan Dəmir Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Hərəkət heyətlərinin və vaqon qruplarının açılması və tərtib edilməsi;
  • Vaqonların qatarlara qoşulması və açılması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya və parkdan parka ötürülməsi;
  • Qatarların avtomatik tormozlarının sınağında iştirak edilməsi;
  • Nişanlama, postların növbətçilərinin xidmət etdikləri mərkəzləşdirilmiş nişanların və ya yerli idarəyə verilmiş mərkəzləşdirilmiş nişanların aparılması;
  • Çeşidləmə təpələrindən hərəkət heyətlərinin buraxıldığı zaman vaqonların açılması; Qatarların mənzildə dayanması və ya yollarda dayanan ayrı-ayrı vaqonların əl tormozları və tormoz başmaqları vasitəsilə bərkidilməsi və onların vaqonların altından götürülməsi.
  • Ünvan Ağdaş rayonu, Ləki qəsəbəsi

Xüsusi tələblər

  • Minimum təhsil dərəcəsi Orta təhsil
  • Manevrlərin keçirilməsi qaydaları üzrə biliklər;
  • Hərəkət heyətlərinin təşkil edilməsi-dağıdılması üzrə biliklər;
  • Tormoz başmaqlarının quruluşu və onlardan istifadə qaydaları üzrə biliklər;
  • Yollarda dayanan vaqonların bərkidilmə qaydaları və normaları üzrə biliklər; Mərkəzləşdirilməmiş nişanların və yerli idarəyə verilmiş mərkəzləşdirilmiş nişanların keçirilməsi qaydaları üzrə biliklər;
  • Yolların profili, planı, xüsusiyyətləri və tutumu, xidmət edilən manevr rayonlarında olan vaqonların yükləmə və boşaldılma məntəqələrinin yerləşmə qaydaları üzrə biliklər;
  • Qatarın çəpərlənmə qaydaları üzrə biliklər.
  • Keyfiyyət yönümlülük
  • Diqqətlilik
  • İntizamlılıq

Telegram kanalımız