Marketinq şöbəsinin mütəxəssisi

Bakı

Xalq Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək; 
  • Bank məhsul və xidmətləri üzrə müvafiq bazar araşdırmaları aparmaq;
  • Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin təqdim olunmasına dair təklif və kampaniyaların hazırlanması;
  • Yeni bank məhsullarının yaradılması, xidmət şəbəkəsinin genişləndirilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
  • Reklam kanallarının effektivliyinin izləniləməsi;
  • Bankın filial/şöbələrinin satış potensialının tam şəkildə istifadə edilməsi üçün tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
  • Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək;
  • Bankın kommunikasiya strategiyasının hazırlanması və icrası üçün Reklam və ictimaiyyətlə əlaqələr şöbəsini lazımı informasiyalar və təkliflərlə təmin etmək.

Xüsusi tələblər

  • Maliyyə, menecment, iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması; 
  • Ən azı 1 il marketinq sahəsində və ya bankda iş təcrübəsi (xidmət sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);
  • Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti;
  • Microsoft Office proqramlarından istifadə bacarığı;
  • Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
  • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır).

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız