Ümumi audit şöbəsinin meneceri

Bakı

Rabitabank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bank fəaliyyətinin tənzimlənməsi üzrə əməkdaşlar tərəfindən normativ aktlara, bankdaxili prosedurlara, qaydalara və təlimatlara riayət olunmasının auditini aparmaq;
  • Bütün strukturlar üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının auditini aparmaq;
  • Bankın strateji planının və əməliyyat planlarının həyata keçirilməsinin auditini aparır.
  • Bank sistemində mövcud olan risklərin və bütün növ bank əməliyyatlarının auditini aparmaq;
  • Maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunmasının, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditini aparmaq;
  • Aparılan auditlər zamanı aşkar olunan nöqsanların təhlilini etmək və hesabatları hazırlamaq;
  • Şöbənin əməkdaşlarını idarə etmək və onların iş bölgüsünü təşkil etmək

Xüsusi tələblər

  • İqtisadi və ya hüquqi təhsil;
  • Minimum 5 il bank təcrübəsi;
  • Analitik düşüncə, təşkilatçılıq və qərarvermə qabiliyyəti;
  • Diqqətlilik, məsuliyyət və düzgün olmaq;
  • Komandada işləmək bacarığı;
  • Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
  • MS Office proqramlarında keyfiyyətli işləmək bacarığı;
  • Məlumat və informasiyaların məxfi saxlanılmasına riayət etmək;
  • Azərbaycan Respublikası Bank və Mülki qanunvericiliyi;
  • Lazım gəldikdə ölkə ərazisində ezamiyyətə getmək imkanları.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız