Avtomatlaşdırılmış əməliyyat sistemi üzrə proqramçısı

Bakı

Azərbaycan Beynəlxalq bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Proqram təminatının hazırlanma və tətbiq məntiqini anlayaraq alqoritmləri yaratmaq;
  • Proqram təminatının tətbiqi üçün hazırlanmış “Texniki sənədləri” tətbiq etmək;
  • Proqram təminatının kodlarının təyin edilmiş standartlara (Code Convention) və müasir tələblərə cavab verən təkrar tətbiqini həyata keçirmək və istifadə edilə bilinəcək şəkildə yazmaq;
  • Mövcud sistem, proqram təminatları və onların modulları ilə işləmək;
  • Açıq mənbəli (Open Source) sistemlərin kodlarında dəyişikliklər etmək və tələblərə uyğun optimallaşdırmaq;
  • İstifadə edilən sistemlər arasında inteqrasiyaları həyata keçirmək.

Xüsusi tələblər

  • Ali təhsilə;
  • 2 ildən artıq iş təcrübəsinə (aidiyyati sahə üzrə - Bank və ya digər oxşar maliyyə müəssisələrində aidiyyati vəzifə üzrə təcrübənin olması arzuolunandır);
  • Yüksək səviyyədə analitik bacarıqlara;
  • Yeni trend və texnologiyalarla bağlı məlumatlara;
  • Komandada işləmək bacarığına;
  • Agile İdarəetmə Metodologiyaları ilə idarəetmə və ya Agile iş prinsipi ilə fəaliyyət göstərən komandalarla, xüsusilə Scrum komandalar ilə iş bacarığına;
  • OOP prinsipləri, ABS (Automated Banking Systems) barədə biliklərə;
  • Verilənlər Bazası (DataBase), Münasibətli Verilənlər Bazası (Relational DataBase) ilə bağlı biliklərə;
  • SQL sorğuların yazılması (Querying) ilə bağlı biliklərə ,PL/SQL prosedurları ilə bağlı biliklərə sahib olan şəxsdir.

Telegram kanalımız