Kredit inzibatçılığı üzrə mütəxəssis - Ağcabədi

Ağcabədi

Azərbaycan Beynəlxalq bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kredit və əməliyyat dosyeləri yoxlanılan zaman sənədlərin tamlığının və kreditləşmənin qüvvədə olan bankdaxili qaydalar və metodiki göstərişlərin tələblərinə uyğun verilməsinə nəzarət etmək;
  • Rəhbərliyin tapşırığı əsasında kredit dosyesinin təhlilini və monitorinqini  həyata keçirmək;
  • Kreditlərin (və ya limitlərin) təsdiqlənməsi və kredit ödənişlərinin silinməsinin icrası ilə bağlı əməliyyatları yerinə yetirmək;
  • Kredit əqdləri üzrə düzəlişləri avtomatlaşdırılmış əməliyyat sistemində icra etmək;
  • Məhkəmə işi ilə bağlı sənədləri hazırlamaq və maliyyə arayışlarını tərtib etmək;
  • Kredit dosyelərinin kreditin verilmə tarixi və məhsul növünə uyğun olaraq dolablarda saxlanılmasını təmin etmək;
  • Bağlanmış kreditlər üzrə dosyeləri müvafiq hesabatlıqla ən geci ayda bir dəfə olmaqla yoxlanılaraq aktiv kredit dosyelərindən çıxararaq Mərkəzi arxivin tələbinə əsasən akt əsasında təhvil verilməsini təmin etmək;
  • Digər strukturlardan daxil olan müraciətləri vaxtında cavablandırmaq və tələb olunduqda təhvil-təslim aktı əsasında sənədləri təhvil vermək;
  • Fiziki və hüquqi şəxslərə açılan hesablar üzrə sənədləri, habelə günün digər sənədlərini yoxlamaq, onları tikmək, saxlamaq və arxivləşdirmək;
  • Kreditlərin təminatı qismində çıxış edən girovların yüklülüyə qoyulması və ya yüklülükdən azad edilməsi üçün sorğuları yazmaq.

Xüsusi tələblər

  • Ali iqtisadi təhsilə;
  • Komandada işləmək bacarığına;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyətinə malik olan şəxsdir.

Telegram kanalımız