Audit layihəsi çərçivəsində həvalə edilmiş audit prosedurlarını həyata keçirmək (audit obyektindən məlumatı toplamaq, analiz etmək, sənədləşdirmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə məlumat vermək;
Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;
Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkət rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planının icrasının monitorinqini həyata keçirmək;
Şirkətin dövri əsas vəsait və mal-material sayımında iştirak etmək və nöqsanları müəyyən etmək;
Audit hesabatının hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
Rəhbər tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Xüsusi tələblər
Biznesin idarə edilməsi, Mühasibat uçotu və audit və digər əlaqədar ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
Audit sahəsinə aid nəzəri biliklər;
Audit üzrə iş təcrübəsi: 2 il (təchizat/satınalma sahəsində olması üstünlükdür);
Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
Müvafiq beynəlxalq peşəkar sertifikatların (ACCA, CIA və s) ilkin mərhələlərini bitirməsi üstünlükdür;
Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, 1C və s.) ilə işləmək baçarığı;
Ezamiyyələrdə iştirak etmək imkanı;
Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti və ingilis dilini orta səviyyədə bilməsi.