Kredit və zəmanət şöbəsinin mütəxəssisi

Bakı

Sahibkarlığın İnkişafı Fondu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Fondun kredit məhsulları üzrə daxil olan müraciətlərin (sifarişlərin) minimum sənədlər toplusuna uyğunluğunu yoxlamaq;
  • Təqdim edilən investisiya layihələrinin (biznes planların) Fondun müəyyən etdiyi minimal tələblərə uyğunluğunu yoxlamaq;
  • Kredit müraciətləri üzrə maliyyə hesabatlarını oxumaq və təhlilini aparmaq, o cümlədən, biznesin yerində ilkin monitorinqini aparmaqla təqdim edilmiş məlumatların çarpaz yoxlanmasını həyata keçirmək;
  • Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, hazırlanmış proqnoz hesabatları yoxlamaq, zərurət olduqda, əldə edilən məlumatlar əsasında proqnoz hesabatlar tərtib etmək;
  • Fondun müəyyən etdiyi qiymətləndirmə meyarlarına uyğun olaraq layihələri qiymətləndirmək;
  • Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq;
  • Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq.

Xüsusi tələblər

  • Maliyyə, iqtisadiyyat və bank işi üzrə ali təhsil; 
  • İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
  • Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
  • Komandada işləmək, kommunikasiya və təqdimetmə bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Təşəbbüskarlıq, diqqətlilik və məsuliyyətli olmaq;
  • ACCA F3 sertifikatının olması arzuolunandır;
  • MS Office (xüsusi ilə Excel) proqramlarından istifadə bacarığı;

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız