Rele mühafizə - Mühəndis

İmişli

AzərEnerji ASC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Müəssisənin adı:"İmişli Regional Elektrik Şəbəkəsi" MMC

  • Yarımstasiyanın balansında olan rele mühafizə və avtomatika qurğularına texniki xidmət göstərmək
  • Mühafizə qurğularının selektivişləmə sxemini tərtib etmək üçün müvafiq tədbirlə rgörmək
  • Mühafizə avadanlıqlarının aylıq, illik təmir qrafiklərini tərtib etmək, profilaktik yoxlama aparmaq;
  • İstismara aid direktiv materiallarda göstərilən tədbirlərin vaxtında yerinə yetirilməsi
  • Rele mühafizə və avtomatika qurğularında qoyuluş qiymətlərinin qoyulması və tənzimlənməsi
  • İstismarda olan bütün mühafizələrin iş prinsipini, yarımstasiyanın balansında olan rele mühafizə və avtomatika qurğularının və dövrələrin sxemlərini qurmaq
  • Qəza rejimləri üçün mühafizənin qoyuluş qiymətləri,təlimatlarının hazırlanması
  • Yarımstansiyada baş verən qəzaların, işdə imtinaların və başqa nasazlıqların hesabatının aparılması və araşdırılması, istehsalat xidmətləri və müfəttişliklə birlikdə əks-qəza tədbirlərinin tərtibedilməsi və onların göstərilən müddətdə yerinə yetirilməsi
  • Rele mühafizəsi və avtomatikanın çox mürəkkəb aparatlarının qüsurlarını aşkar etməklə aradan qaldırılması, hissələrin yeyilmə səbəbləri və dərəcəsinin müəyyən edilməsi
  • Relelərin mexaniki və elektrik hissələrinin, yüksək tezlikli mühafizə bloklarının, cihaz və aparatların nasazlıqlarının müəyyən edilməsi və onların təmiri üzrə ən mürəkkəb işlərin yerinə yetirilməsi
  • Mürəkkəb hissələrinin bərpası, çox mürəkkəb mühafizə panellərinin quraşdırılması, istənilən mürəkkəblik dərəcəsindən olan rele mühafizəsi vəa vtomatika qurğularının bütün növlərinin təmiri
  • Elektron-ölçü aparatları, osilloqraflar, yüksəktezlikölçənləri və generatorları ilə işləmək
  • Rele mühafizəsi və avtomatikada tipik olmayan xüsusi sınaq aparmaq üçün mürəkkəb sxemlərin yığılması
  • Rele mühafizəsi və avtomatikanı yoxlamaq üçün kompleks qurğulardan istifadə etməklə onlara xidmət göstərilməsi
  • Mühəndisin rəhbərliyi altında çox mürəkkəb rele mühafizəsi və avtomatika qurğularının yoxlanılması
  • Rele mühafizəsi və avtomatika qurgularının saz vəziyyətdə olmasını təmin etməli

Xüsusi tələblər

  • Təhsil Pilləsi: Bakalavr
  • İxtisası: Elektroenergetika mühəndisliyi
  • İş təcrübəsi: 5 il
  • Sertifikatlar: Sahə üzrə sertifikat üstünlükdür
  • Tələb olunan kompyuter bilik səviyyəsi: MS OfficeABB PCM600,Schneider Easergy Studio,Siemens Siprotect5,Omicron CMC 356 Test Universe
  • Tələb olunan xarici dil bilik səviyyəsi:Rus dili,İngilis dili
  • Səriştəlilik:İşə məsuliyyət,etik davranış,nizam-intizam


Namizəd bilməlidir:

  • Rele mühafizəsi, avtomatika və ikinci kommutasiya dövrəsi aparatlarının təmiri, sazlanması, yoxlanması və istismarı üzrə rəhbər göstərişləri
  • Bloklama qurğularının vəzifəsini və sxemasını, yüksək tezlikli bloklama ilə olan mühafizələrin iş prinsipini
  • Enerjisistemində olan keçid rejimləri, yırğalanmalar və sistemin dayanıqlığı haqqında anlayışları
  • Rele mühafizəsi və avtomatikanın operativ dövrəsinin və elektrik sxeminin yoxlanılması,təmiri və onlara texniki xidmətilə əlaqədar olan mürəkkəb hesablamaların metodlarını
  • Vektordiaqramlarının və rele mühafizəsinin xarakteristikasının çıxarılmasını və qurulmasını
  • İnteqral mikro sxemlərdə olan mühafizə və avtomatika panellərinin struktur sxemini
  • Elektrik dövrəsində gərginliyin olub-olmamasının voltmetr vasitəsi ilə yoxlanması
  • Generator, güctransformatorlarının və h/x-nin relemühafizə və avtomatika sahəsini
  • Enerjisistemindəki müəsissələrdə yanğınsöndürmə vasitələrinin saxlanması və istifadə qaydalarını, avadanlıqların istismar və təmir qaydalarını, qəzaların qeydiyyatı və araşdırılması qaydalarını
  • Техnikiİ stismar Qaydaları
  • Тəhlükəsizlik Техnikası Qaydaları
  • Yanğın təhlükəsizliyi qaydalarını

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız