Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qayda və prosedurların hazırlanması və icrasına nəzarət edilməsi;
İşçilərin əmək və intizam qaydalarına riayət olunmasına nəzarət;
Həvəsləndirmə və intizam tədbirləri üçün rəhbərliyə təkliflərin verilməsi;
İşə qəbul, yerdəyişmə, işdən azad edilmə və digər əmək hüquq və vəzifələrinin vaxtında rəsmiləşdirilməsinin təmin edilməsi;
ƏMAS portalına məlumatların daxil edilməsinin və yenilənməsinin təmin edilməsi;
İşçilərin şəxsi işlərinin və digər kadr sənədlərinin qeydiyyat, saxlanma və məxfi məlumatların qorunmasının təmin edilməsi;
İnsan resursları üzrə elektron məlumat bazasının idarə edilməsi;
Əmək haqqı, bonus, mükafat, maddi yardım, ezamiyyə və məzuniyyət sənədlərinin hazırlanaraq aidiyyəti struktur bölməyə təqdim edilməsinin təmin edilməsi;
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitar-gigiyenik tələblərə riayət olunmasına nəzarət;
Təlimatların hazırlanması, təlimlərin təşkili və biliklərin yoxlanılmasına nəzarət;
Bədbəxt hadisələrin təhlili və uçotunun aparılması, iş yerlərinin attestasiyası və texniki sahələrə nəzarətin təmin edilməsi.
Mövcud iş yeri: Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi
Əmək haqqı:“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Xüsusi tələblər
Ali təhsil (İdarəetmə və Humanitar sahələrə üstünlük veriləcəkdir);
Sahə üzrə 5 il iş təcrübəsi;
Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);