Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır;
Müvafiq sahə üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini
öyrənir;
Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri barədə təkliflər verir;
Şöbənin fəaliyyət istiqamətləri üzrə statistik hesabatlar hazırlayır;
Digər təşkilatlardan və struktur bölmələrdən əldə edilən iqtisadi və statistik məlumatların düzgünlüyünü yoxlayır, sistemləşdirir və hesabatlar hazırlayır;
Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;
Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır.
Xüsusi tələblər
“İqtisadiyyat, Biznes analitikası, Maliyyə, Data analitikası” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun
2 ildən az olmayaraq iş təcrübəsi;
Yaş həddi 22-40 aralığı;
Microsoft Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilməli, analitik hesabatların və təqdimatların hazırlanması bacarığına malik olmalıdır, SQL və DAX ilə işləmə bacarığı arzuolunandır;
Power BI və ya digər Business Intelligence (BI) alətləri ilə işləmə təcrübəsi mütləqdir, məlumatların vizuallaşdırılması və dashboardların hazırlanması bacarığına malik olmalıdır;
Azərbaycan dilini səlis, ingilis dili və rus dili arzu olunandı;
Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
Maliyyə, korporativ maliyyə və ya maliyyə hesabatlarının təhlili sahəsində baza bilikləri arzuolunandır;
ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunandır