Ekologiya üzrə mütəxəssis / Qeyri-filiz yataqlarının istismarı idarəsi (SƏTƏM)

Bakı

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Ətraf mühitin mühafizəsi sahəsində siyasətin və prosedurların tətbiqi:
  • Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə tərtib edilmiş prosedurların gündəlik fəaliyyətlərdə düzgün tətbiqi istiqamətində müvafiq tədbirlər planının işlənməsində, hesabatların hazırlanmasında iştirak etmək və icrasının təmin edilməsinə nəzarət etmək;
  • Səlahiyyətləri çərçivəsində podratçı və subpodratçı təşkilatların fəaliyyətində ətraf mühitə zərərli təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
  • Podratçı və subpodratçı təşkilatların fəaliyyətinə uyğun ekoloji aspektlərin müəyyən edilməsinə və qiymətləndirilməsinə nəzarət etmək, yüksək əhəmiyyətli qiymətləndirilmiş ekoloji aspektlər üzrə idarəetmə proqramının hazırlanmasına nəzarət etmək, ekoloji şəraitin yaxşılaşdırılması üzrə təkliflər vermək və onların icrasına nəzarət etmək;
  • Podratçı və subpodratçı təşkilatların fəaliyyət müddəti zamanı proseslərin bütün mərhələlərində ətraf mühitin mühafizəsi ilə bağlı tərtib edilmiş plan və tədbirlərin icrasına nəzarət etmək;
  • Ətraf mühitə təsirlərin qiymətləndirilməsi: İstehsalat fəaliyyətinin ətraf mühitə və sosial sahəyə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə müvafiq işlərin yerinə yetirilməsində iştirak etmək;
  • Audit və təftiş: Podratçı və subpodratçı təşkilatların fəaliyyətinə nəzarət məqsədilə aparılan audit işlərində və təftişlərdə iştirak etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.
  • Uyğunsuzluqların idarəolunması: Podratçı və subpodratçı təşkilatların fəaliyyəti nəticəsində aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı həlledici təkliflər vermək, göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.
  • Təlim və təlimatlandırma: Podratçı və subpodratçı təşkilatların ilkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək.
  • Hadisələrin araşdırılması: Podratçı və subpodratçı təşkilatların fəaliyyətində qəza və insidentlərin araşdırılması prosesinə nəzarət etmək, ilkin məlumatların toplanması prosesinə və yekun hesabatların hazırlanmasına nəzarət etmək.
  • Monitorinq və hesabatlılıq:
  • Səlahiyyətləri çərçivəsində podratçı və subpobdratçı təşkilatların fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə ekoloji monitorinqin keçirilməsinə və nəticələrə dair hesabatların hazırlanmasına nəzarət etmək və kənara çıxma olduğu halda aidiyyəti üzrə təkliflər vermək;
  • Podratçı və subpodratçı təşkilatların ekoloji normativ və digər ətraf mühitin mühafizəsi ilə bağlı texniki sənədlərin tərtib edilməsinə nəzarət etmək;
  • Fövqəladə hallara hazırlıq: Podratçı və subpodratçı təşkilatların fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək.
  • Kommunikasiya və məlumatlandırma:
  • Podratçı və subpodratçı təşkilatların aidiyyəti üzrə məsul şəxslərin əhəmiyyətli ekoloji aspektlərlə və müvafiq daxili qaydalarla tanış edilməsinin təşkil olunmasında iştirak etmək;
  • İşçilər və podratçılar / subpodratçıların ətraf mühitin mühafizəsinə dair tələblər üzrə maarifləndirməsi işlərinə dəstək vermək;
  • Dövlət qurumlarına ünvanlanan məktubların və aidiyyəti sənədlərin hazırlanmasında iştirak etmək.
  • Podratçılara nəzarətdə iştirak: Bağlanmış müqavilələrə əsasən səlahiyyətləri çərçivəsində Təchizatçı təşkilatlar tərəfindən yerinə yetirilmiş işlərin, həmçinin təhvil verilmiş malların qəbulunda iştirak etmək, onların texniki və keyfiyyət tələblərinə uyğunluğunu qiymətləndirmək və uyğun olduğu halda təhvil-təslim sənədlərini imzalamaq.

Xüsusi tələblər

  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;
  • Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
  • Tətbiq olunan ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq standartlar üzrə biliklər və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış arzu olunandır.
  • Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Ətraf Mühitin İdarə Edilməsi, Ekologiya, Mühəndislik)
  • Ətraf mühitin mühafizəsi sahəsində 2 illik təcrübə;

İş qrafiki:
  • İş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir.

Oxşar vakansiyalar

 
  • Bakı

  • 600 - 650 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız